Klub xəbərləri
- 27.01.2012 / 0 şərh / 2279 -dəfə baxılıb
- "Sumqayıt" Türkiyənin Antalya şəhərində bu gün növbəti yoxlama oyununa çıxıb. Bernhard Raabın komandası planlaşdırıldığı kimi "Dinamo" Drezden klubunun əvəzediciləri ilə üz-üzə gəlməli idi.
Lakin bəzi səbəblərə görə, komandanın rəqibi dəyişib. Bakı vaxtı ilə 17:00-da "Arcadia Limak" otelinin stadionunda baş tutan oyunda "Sumqayıt" Almaniyanın "FC Plauen" klubu ilə qarşılaşıb. Matç almanların 2:0 hesablı qələbəsi ilə bitib.
"Sumqayıt" ilk yoxlama matçında Qazaxıstanın "Jetusi" klubuna qalib gəlsə də (2:0), növbəti iki oyununda II Bundesliqa təmsilçisi "Paterborn"a (0:4) və Rusiya 1-ci liqasında mübarizə aparan "Fakel"ə (0:1) məğlub olmuşdu.
"Sumqayıt" - "Plauen" - 0:2