Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
28.01.2012 / 0 şərh / 1988 -dəfə baxılıb

Yannik Kamanan: Bütün futbolçularla dil tapa bilirəm

“Məşqlər gözəl keçir. Premyer Liqanın oyunlarına hazır olmaq üçün çox ciddi çalışırıq. Hər şey öz axarı ilə davam edir. Artıq yeni komandamla iki oyuna çıxmışam”.

Bu sözləri “Qəbələ”nin yeni transferi Yannik Kamanan deyib. Fransalı legioner klubun rəsmi saytına açıqlamasında Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı haqda danışıb: “İlk oyun mənim üçün biraz çətin oldu. Çünki bir-birimizi meydanda o qədər də yaxşı tanımırdıq. Amma getdikcə aramızdakı anlaşma güclənir. Vacib matçlara iki həftəyə yaxın vaxt qalıb. Bu dövrü dəyərləndirib tam komplektləşəcəyik”.

Kamanan mövsümün ikinci yarısına hazırlıq haqda da fikirlərini açıqlayıb: “Hazırda komandanın çempionat oyunlarına hazır olub-olmaması barədə fikir söyləyə bilmərəm. Biz bunu liqanın ilk oyununda görəcəyik. Mən bugün hazır olduğumuzu deyə bilərəm, amma vacib oyunda uduzsaq sözlərimin yanlış olduğu ortaya çıxar. Ona görə də komandanın gücünü görmək üçün çempionatı gözləməliyik. Mən hazır olduğumuzu deyə bilərəm, amma başqa bir komanda yoldaşım da mənimlə razılaşmaya bilər. Futbol komanda oyunudu. Bütün kollektiv özünü hazır hiss etdiyi zaman hazır olduğumuzu deyə bilərik”.

Yannik yeni klubundakı dostları Viktor Mendi və Abdulkader Kamara ilə münasibətlərinə də toxunub: “Mendi və Kamara çox çılğın insanlardır. Bir böyük kimi onların qeydinə qalmalıyam (gülürlər). Hər zaman hansısa kluba gedəndə orada özünə yaxın bir neçə futbolçu tapırsan. Mendi il Kamara məhz belə futbolçulardandır. Eyni dildə danışırıq. Mənim bütün futbolçularla əla münasibətim var. Onlar məni ilk gündən çox xoş qarşıladılar. Düşərgəmizdə super atmosfer var. Komandadakı bütün futbolçularla dil tapa bilirəm. Kimisi ilə ingiliscə, kimisi ilə fransızca, kimisi ilə də türkçə anlaşırıq”.
 
Müəllif: azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.