Klub xəbərləri
- 28.01.2012 / 0 şərh / 2012 -dəfə baxılıb
- "Çox gərgin hazırlıq prosesi gedir. Yeni baş məşqçi gəldikdən sonra komandada çox müsbət dəyişikliklər baş verdi. Kollektivdə psixoloji vəziyyət dəyişib, özünəinam artıb. Təlim-məşq dönəmində də bu müsbət dinamika davam edir".
Bu sözləri "Qəbələ"nin seneqallı hücumçusu Viktor Mendi klubun rəsmi saytına açıqlamasında deyib. Təcrübəli forvard komandasının hazırlıq prosesini dəyərləndirib:
"Hazırkı təlim-məşq toplanışı çempionata hazırlaşmağımızda vacib rol oynayır. Bizim hədəfimiz var və ona nail olmalıyıq. Meydançadan kənarda deyib-gülə, əylənə bilərik. Amma meydança daxilində tam fərqli oluruq. Üzərimizə düşən məsuliyyəti anlayırıq. Biz "Qəbələ"ni təmsil edirik və bunu özümüzə və klubun adına layiq nümayiş etdirməliyik. Komanda günü-gündən gücünə güc qatır. İndiki hazırlıq durumumuz barədə konkret fikir bildirə bilmərəm. İnanıram ki, hazırlıq prosesinin sonunda tam formalaşmış "Qəbələ" görəcəksiniz".
Mendi bütün komanda yoldaşları ilə yaxşı münasibətdə olduğunu bildirib: "Mənim kollektivdəki bütün futbolçularla münasibətim yaxşıdı. O ki qaldı Kamananla Kamaraya, fransızdilli olduğumuz üçün rahat anlaşırıq. Biz burada kiçik ailə kimiyik".