Klub xəbərləri
- 28.01.2012 / 0 şərh / 2039 -dəfə baxılıb
- "Hazırlıqlara çox yaxşı start verdik və hər şey gözəl davam edir. İlk iki hazırlıq matçında məğlub olsaq da, komanda inamlı təsir bağışladı. Qarşıda daha 3 oyunumuz var. Bu səhvlərimizi görmək üçün gözəl şansdı".
Bu sözləri "Qəbələ"nin belçikalı yarımmüdafiəçisi Abdulkader Kamara klubun rəsmi saytına açıqlamasında deyib. Qaradərili futbolçu zədəsini sağaltdığını və meydana çıxmağa hazır olduğunu deyib:
"Kamanan da komandaya qoşulduqdan sonra heyətimiz biraz da güclənib. Mən zədəmi yenicə sağaltmışam və yavaş-yavaş formaya düşürəm. İnanıram ki, yaxın vaxtlarda məni də meydançada tam hazır vəziyyətdə görəcəksiniz. O ki qaldı komandanın indiki hazırlıq durumuna buraya gəldiyimiz ilk günlə müqayisədə böyük fərq var".
Təcrübəli yarımmüdafiəçi komanda yoldaşları - Yannik Kmanan və Viktor Mendi barədə də fikirlərini açıqlayıb: "Onlar mənim qardaşlarımdı. Yaxın münasibətlərimiz var. Bizə 3 qardaş da deyə bilərsiniz"