Klub xəbərləri
- 28.01.2012 / 0 şərh / 1929 -dəfə baxılıb
- Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” ikinci yoxlama oyununu keçirib. Gəncə təmsilçisinin bu dəfəki rəqibi Polşa klubu olub.
Belə ki, “Kəpəz” “Qurnik”lə qarşılaşıb. Oyun Fuad İsmayılov yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 25-cə dəqiqədə Dmitri Parxaçov açıb. 10 dəqiqə sonra polşalılar tarazlığı bərpa edib. 58-ci dəqiqədə Yuri Fomenko fərqlənib. Son nöqtəni isə 80-ci dəqiqədə Ceyhun Sultanov qoyub.
Qeyd edək ki, “Kəpəz” ilk yoxlama oyununda Qazaxıstanın “Atırau” klubunu 4:1 hesabı ilə məğlub etmişdi.
Kəpəz (Azərbaycan) – Qurnik (Polşa) 3:1
Qollar: Dmitri Parxaçov, 25. Yuri Fomenko, 58. Ceyhun Sultanov, 80.
Kəpəz: Elşən Poladov, Azər Məmmədov, İvan Arabaci, Şahin Alhüseynov, Pərvin Paşayev, Nikolay Svejentsev, Sabiq Allahquliyev, Dmitri Parxaçov, Ceyhun Sultanov, Yuri Fomenko.