Türkiyədə təlim-məşq toplanışında olan "İnter" qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Kaxaber Tsxadadzenin yetirmələri bu dəfə Ukraynanın "Volın" klubu ilə üz-üzə gəlib. Matç qolsuz heç-heçə ilə bitib.
Paytaxt klubu Türkiyədəki ilk oyununda Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşmışdı - 1:3. Albaniyanın "Skenderbeu" klubu ilə görüş sülhlə başa çatmışdı - 0:0. Türkiyənin aşağı divizion təmsilçisi "Konya Şekerspor" ilə matçda isə 3:2 hesablı qələbə qeydə alınmışdı.
Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.