Klub xəbərləri
- 29.01.2012 / 0 şərh / 1715 -dəfə baxılıb
"İnter" - "Volın" (0:0) qarşılaşmasından sonra "bankirlər"in baş məşqçisi Kaxaber Tsxadadze yoxlama matçı barədə fikirlərini bildirib:
"Volın" kifayət qədər yaxşı komandadı, bununla belə yaxşı qol vəziyyətləri yaratmağı bacardıq. Son yoxlama görüşlərindən sonra görünür ki, komandada oyunun təşkilində, fiziki hazırlıqda, yenidən düzülmədə və xəttlərarası əlaqələrdə irəliləyiş var. Amma hücum planında oynayan futbolçularda hücumu uğurla başa vurmaq üçün bir qədər cəsarət çatışmır. Bu istiqamətdə çalışmalıyıq".