Klub xəbərləri
- 30.01.2012 / 0 şərh / 1853 -dəfə baxılıb
- Antalyada təlim-məşq toplanışını davam etdirən "Bakı" daha bir yoldaşlıq oyunu keçirib. Aleksandr Starkovun rəhbərlik etdiyi komanda Ukraynanın "Arsenal" klubuna 1:2 hesabı ilə məğlub olub. "Bakı"nın yeganə qoluna görüşün 31-ci dəqiqəsində Junior imza atıb.
Qeyd edək ki, Antalyada ilk yoldaşlıq matçında Hollandiyanın "AZ Alkmaar" klubuna 1:5 hesabı ilə məğlub olan "Bakı" ardından Almaniyanın "İngolstadt 04" komandasına 0:4, Rumıniyanın “Panduri” klubuna isə 0:1 hesabı ilə məğlub olmuşdu.