Klub xəbərləri
- 30.01.2012 / 0 şərh / 1889 -dəfə baxılıb
- Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün üçüncü yoldaşlıq görüşünü keçirib. Cənub təmsilçisi Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşıb. Görüş 2:1 hesabı ilə “Xəzər Lənkəran”ın xeyrinə başa çatıb. “Ağ-yaşıllar”dan Branimir Subaşiç (dəq.35) və Eder Bonfim (dəq.44), rəqibdən isə Sergey Şaff (dəq.71) fərqlənib.
“Xəzər Lənkəran”ın start heyəti belə olub: Kamran Ağayev, Elnur Allahverdiyev, Elvin Beçiri, Andrey Mureşan, Eder Bonfim, Rahid Əmirquliyev, Elnur Abdullayev, Adrian Pit, Alim Qurbanov, Saidu. Branimir Subaşiç.
Qeyd edək ki, Lənkəran təmsilçisi bundan əvvəl Türkmənistan yığmasına 3:1, Almaniyanın “Volfsburq-II” klubuna isə 2:1 hesabı ilə qalib gəlib.