Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
30.01.2012 / 1 şərh / 2241 -dəfə baxılıb

Yunis Hüseynov: Özüm də başa düşə bilmirəm ki, bu işdə nə sirr var?

Azərbaycan futbolunun ən böyük problemlərindən biri yerli məşqçilərə verilən önəmlə bağlıdır. Bu gün komandaya aşağı yaş qruplarında işləməyə gələnlər az sonra əsas komandanın baş məşqçisi postuna gətirilir, amma yerli mütəxəssislərə güvənilmir. Nəticədə Nazim Süleymanov, Yunis Hüseynov, Şahin Diniyev kimi güclü futbolçu və məşqçi karyerasına malik olan futbol adamları işsizdirlər.

Yunis Hüseynovun işsiz günləri, ümumiyyətlə, uzun müddətdir davam edir. “Karvan”dan ayrıldıqdan sonra işsiz qalan 46 yaşlı çalışdırıcının, demək olar ki, hər oxu daşa dəyir. Yunis Hüseynovun İran çempionatında işləmək variantı var idi. Hətta bu mütəxəssis məsələ ilə əlaqədar olaraq, 2 dəfə İranda olub, söhbət aparsa da, alınmadı. Doğrudan da, Hüseynovun işsiz olduğu dönəmdə bir neçə klubumuzun baş məşqçi postunda dəyişiklik olub. Nə qədər namizədlər gözdən keçirilib, onlar arasında seçim olub, amma Yunis Hüseynovun işsiz günləri başa çatmayıb ki, çatmayıb.

Görəsən, o, bunun səbəbini nədə görür: “Düzü, mən “Karvan”dan təzə ayrılanda düşünürdüm ki, baş məşqçinin işsiz günləri də ola bilər, normal haldır. Amma hadisənin üstündən artıq çox vaxt keçib. Özüm də başa düşə bilmirəm ki, bu işdə nə sirr var? Hələ ki, mənə müraciət edən yoxdur. Necə deyərlər, dincəlirik, amma bu qədər uzun çəkəcəyini bilmirdim”.

Yunis Hüseynov bildirdi ki, indiyə qədər heç bir yerli klubdan dəvət almayıb: “Telefon nömrəmi dəyişməmişəm. Hamının bildiyi nömrədir. Amma indiyə qədər heç kim müraciət etməyib. Açığı, son vaxtlar belə bir tendensiya var. Hansı klubda baş məşqçi axtarışı olursa, dərhal mənim adımı çəkirlər ki, bəs, bu komandanın yeni baş məşqçisi Yunis Hüseynov olacaq. Amma təzə məşqçi gətirirlər, Yunis Hüseynovu heç yada salan da olmur”.

Bildiyiniz kimi, qazandığı bütün nəticələr Yunis Hüseynovla bağlı olan “Karvan” hazırda birinci divizionun liderlər qrupunda qərarlaşıb. Hazırda komandaya Zakir Mahmudov rəhbərlik edir. Yayılan məlumata görə, “Karvan” elitaya vəsiqə qazanacağı təqdirdə, Yunis Hüseynov yenidən bu komandanın sükanı arxasına keçəcək. Bu xəbəri xəfif gülüşlə qarşılayan Hüseynov sözlərinə belə davam etdi: “Mənim bundan vallah, xəbərim yoxdur. Hazırda bu komandaya vaxtilə mənim rəhbərlik etdiyim məşqçilər korpusunda yer alan Zakir müəllim başçılıq edir, işləri yolunda gedir. Komanda birinci divizionda mübarizə aparır. Qoy elitaya vəsiqə qazansın, daha sonra bu məsələ barədə danışarıq. Hazırda onların öz işləri var. Nəsə danışmağın mənası yoxdur. Ümumiyyətlə, mənə konkret dəvətlər olmayıb, bunun səbəbini isə bilmirəm. Gərək dəvət olsun ki, bu barədə nəsə danışasan. Olmayan varlıq haqqında danışmaq mənlik deyil. Hər şey real olmalıdır. Reallıq odur ki, mənə dəvət yoxdur, ehtiyac yoxdur. Oturmuşam evdə, arada futbol oynayıram”.

”Kəpəz” klubunda silkələnmə olan vaxt ortaya söz düşdü ki, Yunis Hüseynov Gəncəyə qayıdır. Futbolçu karyerasına burada başlayıb, burada son qoyan Yunis müəllimə məşqçi kimi də burada işləmək nəsib olacaqdı. “Karvan”ın “at oynatdığı” dövrdə komandaya sponsorluq edən Elmar Vəliyev hazırda Gəncənin icra hakimiyyətinin başçısıdır. Məhz Vəliyevin klubu himayəyə götürməsi gündəmə gəlmişdi. Yunis Hüseynov artıq “rəhmətə getmiş” iddia barədə bunları dedi: “Mənim Elmar müəllimlə münasibətim həmişə yaxşı olub, indi də yüksək səviyyədədir. Onun futbola necə maraq göstərdiyini bilirəm. Amma bu da bir iddia idi. Sağ olsunlar, jurnalistlər mənim işsiz qalmağımdan narahatdırlar. Hər yerdə deyirlər ki, Yunis Hüseynov işləməlidir. Sevindirici haldır ki, sizin rəğbətinizi qazanmışam. Komandalar indi Antalyada hazırlıq keçirlər. Öz şansımızı gözləyirik. İnanıram ki, hər şey qaydasına düşəcək”.

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

  • heyf bu cur mesqciden cox heyf super trenerdi ee ama gorey ne vaxt yadlarina dusecey

    Aydin Manafov (aydin592) / 30.01.2012 18:40 /

  • Şərh qoymaq üçün siz qeydiyyatı keçməlisiniz,
    və yaxud daxil olmalısınız

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.