Klub xəbərləri
- 30.01.2012 / 0 şərh / 2009 -dəfə baxılıb
- Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" klubu Qazaxıstan "Atırau"sı ilə görüşdən sonra baxışa dəvət olunan bir futbolçu haqda qərarını verib. Baş məşqçi Cüneyt Biçer "Aşqabad" klubundan dəvət olunan Türkmənistan milli komandasının müdafiəçisi Elman Taqayevi bəyənməyib. Bu səbəbdən futbolçu geri göndərilib.
Taqayev "Xəzər Lənkəran"ın hazırlıq çərçivəsində Türkmənistan millisini 3:1 hesabı ilə məğlub etdiyi görüşdə 1 qol vurmuşdu.
Cənublular daha öncə Malidən olan legionerləri Siriman Maqassoubanı geri qaytarmışdı. Tibbi müayinə zamanı futbolçunun qanında problem aşkarlanmışdı.