Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
31.01.2012 / 0 şərh / 3137 -dəfə baxılıb

"Neftçi"nin Kadırov turnirində ilk qələbəsi (Foto+Fikirlər)

"Neftçi" PFK Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci oyununu keçirib. Flaqman Polşanın “Poloniya” klubu ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə flaqmanın xeyrinə başa çatıb. “Ağ-qaralar”ın heyətində Bahodir Nasimov (dəq.22, 39) və Cavid İmamverdiyev (dəq.90) fərqlənib.

"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Ruslan Abışov, Slavço Georgiyevski, Cavid Hüseynov, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Denis Silva, Ruslan Əmircanov, Bahodir Nasimov.

Qeyd edək ki, qrupun digər oyununda “Paxtakor” “Metallist”i penaltilər zərbəsi sonrası üstələyib - 1:1 (4:3). Bununla da 2 turdan sonra komandaların dördü də 3 xal toplayıb. “Neftçi” növbəti oyununu fevralın 1-də “Paxtakor”a qarşı keçirəcək.
 
Böyükağa Hacıyev (“Neftçi”nin baş məşqçisi): “Metallist" klubu ilə oyunda məğlub olduğumuza görə bu matçda mütləq qələbə qazanmalı idik. Futbolçuları "Poloniya" ilə oyuna psixoloji cəhətdən yaxşı hazırlamışdıq. Gördünüz ki, bu matçda da gənclərə şans verdik. Qarşıdakı oyunlarda da onların xidmətindən yararlanacağıq. Hal-hazırda qrupumuzda bütün komandaların 3 xalı var. Şanslar bərabərdir. Çalışacağıq ki, növbəti oyunda da qələbə qazanıb finala vəsiqə qazanaq”.

Yatsek Zelinski (“Poloniya”nın baş məşqçisi): “Neftçi"dən belə güclü oyun gözləmirdim. Rəqibin "Metallist"lə oyununu izləmişdim. Bilirdik ki çətin olacaq. "Neftçi"nin əks hücumları super alındı. Rəqib bu gün bizdən daha güclü oynadı. Azərbaycan komandalarından “MKT Araz” və "İnter"ə qarşı oynamışam. Təkcə onu deyə bilərəm ki, futbolunuz getdikcə inkişaf edir. Biz Azərbaycanın ən güclü klubuna uduzduq. "Neftçi"nin heyətində oynayan perspektivli gənclər gələcək vəd edir. Hər bir məşqçi komandanızdakı 25, 19, 14 və 28 nömrəli futbolçuları (Bahodir Nasimov, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov və Emin Mehdiyev nəzərdə tutulur.) sərəncamında görmək istəyər”.
 
Cavid İmamverdiyev: "Qol vurub komandamızın qələbəsində pay sahibi olduğuma görə sevinirəm. Hamımız qələbəyə köklənmişdik. Güclü rəqibə qarşı layiqli oyun göstərib, uğur qazandıq. Bunun davamını "Paxtakor"la oyunda da gətirmək istəyirik".
 
Müəllif: azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.