Klub xəbərləri
- 31.01.2012 / 0 şərh / 1832 -dəfə baxılıb
- Türkiyədə təlim-məşq toplanışında olan "İnter" qardaş ölkədə beşinci sınaq matçına çıxıb. Kaxaber Tsxadadzenin yetirmələri Avstriyanın "Şturm Qraz" klubu ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb..
Paytaxt klubu Türkiyədəki ilk oyununda Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşmışdı - 1:3. Albaniyanın "Skenderbeu", eləcə də Ukraynaın "Volın" klubları ilə görüşlər sülhlə başa çatmışdı - 0:0. Türkiyənin aşağı divizion təmsilçisi "Konya Şekerspor" ilə matçda isə 3:2 hesablı qələbə qeydə alınmışdı.
"İnter" - "Şturm Qraz" - 2:1
Qollar: Asif Məmmədov, 10. Baçana Sxadadze, 39-pen.
Kaxaber Tsxadadze ("İnter"in baş məşqçisi): "Rəqibimiz kifayət qədər güclü komanda idi. Atletik futbol sərgiləməsi ilə fərqlənirdi. Buna baxmayaraq, "İnter" daha yaxşı oyun nümayiş etdirdi və layiqli qələbə qazandı. Oyunda yaratdığımız qol vəziyyətlərindən yararlansaydıq, o zaman hesab daha böyük ola bilərdi".