Klub xəbərləri
- 01.02.2012 / 0 şərh / 1826 -dəfə baxılıb
- Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” daha bir yoxlama oyunu keçirib. Ağdam təmsilçisi Rumıniyanın “Petrolul Ploiesti” komandasıyla matçda 2:0 hesabı ilə qələbə qazanıb. “Qarabağ”ın heyətində Admir Teli və Rauf Əliyev fərqlənib.
Qeyd edək ki, ilk görüşündə Qazaxıstanın “Taras” klubuna 0:1 hesabı ilə məğlub olan “Qarabağ” ardınca Avstriya “Rid”inə də uduzmuşdu - 1:3. Daha sonra Rumıniyanın “Vasluy” klubuyla 1:1-lik bərabərə qalan Ağdam təmsilçisi ardından “Obolon”a (Ukrayna) böyük hesabla məğlub olmuşdu (0:3).