Klub xəbərləri
- 01.02.2012 / 0 şərh / 1881 -dəfə baxılıb
- Antalyanın Bələk bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ" Türkiyədə dördüncü sınaq matçına çıxıb. Bölgə təmsilçisi Ukraynanın "Obolon" klubu ilə görüşüb və minimal hesabla qələbə qazanıb. Baş məşqçi Fatih Kavlak ukraynalılara qarşı ikinci heyət üzvlərinə güvənib.
Bu komanda ötən gün "Qarabağ"la da üz-üzə gəlmişdi. Ukraynalılar Ağdam klubunu 3:0 hesabıyla darmadağın etmişdi.
"Qəbələ" Türkiyədəki ilk sınaq matçını Qazaxıstanın "Atırau" klubuna qarşı keçirmişdi - 1:2. Fatih Kavlakın komandası növbəti matçında Ukraynanın "Krivbass" klubuna da eyni hesabla (1:2) məğlub olmuşdu. Ruminiyanın "Vitorul Konstanta" klubu ilə görüş isə 1:0 hesabıyla qəbələlilərin xeyrinə başa çatmışdı.
"Qəbələ" - "Obolon" - 1:0
Qol: Murad Hüseynov, 29