Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
01.02.2012 / 0 şərh / 1965 -dəfə baxılıb

"İnter" haqda fikirlərlə mən yuxuya gedirəm və oyanıram" (Müsahibə)


"İnter" fanklubunun vitse-prezidenti və klubun sadiq azarkeşlərindən olan Elçin Həsənovun müsahibəsi

- Əvvəlcə "İnter" klubuna olan sevginin necə yarandığını öyrənmək istərdik.
- Bu klub hələ "Xəzər Universiteti" adlananda ona azarkeşlik etmişəm. Yadımdadır ki, mən təsadüfən bu klubun "Şəfa" komandasına qarşı keçirilən oyunu izləmişəm və indiyə kimi yadımda qalan məqam ondan ibarət oldu ki, bu matçın axırıncı dəqiqəsində "Xəzər"in futbolçusu Aqşın Ömərov cərimə zərbəsindən vurdugu qolla komandasına qələbə qazandırdı. Qeyd edim ki, bu komandanın xarakteri və qələbəyə olan istəyi dərhal mənim xoşuma gəlmişdi.

-Bu oyun nə zaman baş tutub?
- Bu oyun 2003-cü ildə keçirilib. Və artıq 9 ildir ki, mən bu komandaya azarkeşlik edirəm. Sizə deyim ki, komandanın uduzduğu oyunlardan sonra əsəbdən və qələbə qazandığı görüşlərdən sonra sevincimdən yatmadığım gecələri sadalaya bilmərəm. Mən indi "İnter"lə yaşayıram! Bu komanda mənim üçün hər şey deməkdir! "İnter" haqda fikirlərlə mən yuxuya gedirəm və oyanıram.

-Bəs "İnter"in fanklubuna gəlişiniz necə alındı?
-Əvvəllər mən stadiona tək gəlirdim, ölkəmizin rayonlarında keçirilən səfər görüşlərə də özüm yollanırdım. Fanklubun sıralarına ona görə yazıla bilmirdim ki, Azərbaycanın Silahlı Qüvvələrində xidmət edirdim. Bundan başqa o zaman boş vaxtım da çox az idi. Lakin təxris olandan sonra mən fanklubun prezidenti olan Ruslan Muradova müraciət etdim və fanklubun üzvü oldum.

-Komandaya azarkeşlik etdiyiniz 9 il ərzində onun hansı oyunları sizin yadınızda daha çox qalıb?
-Ən çox yadımda qalan matçlardan biri 2007/08 mövsümündə baş tutmuş "İnter"-"Qəbələ" qarşılaşması olub. Həmin vaxtda komandamızı Valentin Xodukin çalışdırıb və məhz bu oyundan sonra "İnter" tarində ilk dəfə Azərbaycan çempionu adına layiq görülüb. Bundan başqa həmin "Qəbələ" klubuna qarşı keçirilən digər oyun da indiyənə kimi yadımdadır. Həmin görüşdə Kaxaber Tsxadadzenin yetirmələri matçın gedişində hesabda iki dəfə məğlub duruma düşsələr də, son dəqiqələrdə iki qol vuraraq 3:2 hesablı əzmkar qələbə qazanmağı bacarıdı. Qeyd ediləsi oyunlar çoxdur, məsələn: son Birlik Kubokunda "Mika" klubuna qarşı keçirilən qarşılaşma və Çempionlar Liqasının təsnifat mərhələsində "Lex" komandasına qarşı baş tutmuş səfər görüşü. Bundan əlavə, bu mövsüm "Neftçi" klubuna qarşı keçirilən və komandamızın 2:1 hesablı üstünlüyü ilə başa çatan oyun çox yadda qalan olub.

-Bu 9 il ərzində "İnter" formasını geyinən çox futbolçu olub. Onların arsaında siz hansılarını qeyd edə bilərsiniz?
-Çox futbolçuların adlarını çəkə bilərəm, bunlar: Petar Zlatinov, Milan Zaqorats, Valter Quqlemon və Aleksandr Çertoqanovdır.

-"İnter"in bu mövsümdəki çıxışı barədə nə deyə bilərsiniz?
-Mövsümün əvvəlində "İnter"dən belə oyun gözləmirdilər. Çempionatın startı komandamız üçün uğursuz alındı. İlk 3 turdan sonra aktivində cəmi 3 xal olan "İnter" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşmışdı. Amma daha sonra özünə gələn komandamız növbəti 15 qarşılaşmada məğlubbiyət acısını yaşamayıb və hər iki oyunda "Neftçi", "Xəzər-Lənkəran" kimi iddialı klubları üstələməyi bacardı. Qeyd edim ki, bu mövsüm "İnter" yaxşı və keyfiyyətli oyun sərqiləyir. Bu uğurlu çıxışın əsas memarları futbolçular və komandamızın məşqçi heyətidir.

-"İnter" fanklubu hər zaman digər komandaların fanklublarıyla dostluq əlaqələriylə seçilir. Siz digər fanklublarla ünsiyyətin necə qurduğunuzu bizimlə bölüşə bilrədiniz?
-Məhz bizim fanklub birinci dəfə ölkənin fanklubları arasında futbol üzrə turnir təşkil edib. Demək istərdim ki, biz digər fanklublarla həm oyun vaxtı, həm də asudə vaxtlarda görüşürük. "İnter" fanklubu ölkənin ən mədəni fanklublardan biri sayılır. Ola bilər ki, bu bizim "bankir" komandasına azarkeşlik etdiyimzdən irəli gəlir, "bankirlər" isə öz növbəsində mədəni insanlar sayılırlar. Qeyd edərdim ki, bizi hər yerdə: Lənkəranda, Qəbələdə, Gəncədə və digər şəhərlərdə yaxşı qarşılayırlar. Biz də öz növbəsində "Şəfa" stadionunda keçirilən matçlarda rəqib komandalarının azarkeşlərin xətrinə dəyməmək istəyirik.

-Cari mövsümdə "İnter" fanklubu artıq komandaya bir neçə sürpriz təqdim etdi. Bəs mövsümün ikinci hissəsində "İnter" azarkeşləri tərəfindən biz hansısa yeniliyin şahidi olacağıq?
-Biz mövsümün ikinci hissəsinə çox cidd hazırlıq görürük. Bu yaxınlarda fanklub rəhrbərliyinin təşəbbüsüylə komandaya həsr olunmuş meyxana bəstələndi. Bundan başqa, biz indi futbolçuların şəkilləriylə bannerlər hazırlayırıq. Yeni şuarlar hazırlanır. Zənnimcə, bu amillər futbolçuların oyuna köklənməyə daha müsbət təsir edəcək və onlar bizi öz qələbəriylə sevindirməyə davam edəcəklər.

-Sonda "İnter"in futbolçularına və məşqçi heyətinə deyiləsi sözlərinizi eşitmək istərdik.
-Mən futbolçulara və başda Kaxaber Tsxadadze olmaqla bütün "İnter"in məşqçi heyətinə bizə öz parlaq çıxışlarıyla bu sevinci bəxş etdiyinə görə təşəkkür bildirmək istərdim. Biz hər zaman onların yanındayıq və hər zaman onlara inanırıq.
Müəllif: azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.