Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
02.02.2012 / 0 şərh / 1790 -dəfə baxılıb

"Heç nəyə görə təəssüf hissi keçirməmişəm" (Müsahibə)

“Sumqayıt”ın kapitanı Samir Abasovun müsahibəsi

- 34 yaş sizin üçün nə deməkdi?
- İlk öncə təbrikə görə sizə minnətdarlığımı bildirirəm. 34 yaş insan həyatı üçün heç də az yaş deyil. Qocaldığımı hiss edirəm. Futbolçu kimi son dövrləri yaşayıram. Bunu fikirləşdiyim zaman kövrəlirəm. Futbolçu üçün sonu fikirləşmək ən pis duyğulardandı. Bunu bütün futbolçular təsdiqləyə bilər.

- Arxada qalan 34 ildə nə üçün təəssüflənmisən?
- Futbolçu üçün ən pis zaman onun zədələnməsidi. Karyeram ərzində elə vaxtlar olub ki, zədəli olduğum üçün xeyli müddət yaşıl meydanlardan kənarda qalmışam. Futbolçu kimi zədələrə görə təəssüflənmişəm. Həyatda isə, Allaha şükürlər olsun heç nəyə görə təəssüf hissi keçirməmişəm. Hazırkı həyatımdan çox razıyam.

- Həyatında ən sevincli günlərin…
- Həyatımda ən sevincli günlərim övladlarımın anadan olduğu tarixlərdi. Böyük oğlum Orxan dünyaya gələn zaman, daha dəqiq desəm 2007-ci il 28 noyabr tarixini heç vaxt unutmayacağam. 2009-cu ildə kiçik oğlum Sərxanın anadan olması da həyatıma qızıl hərflərlə yazılıb. 34 ildə ən sevincli günlərdən biri də milli komandanın heyətində vurduğum ilk qoldu. Bolqarıstanda təlim-məşq toplanışında olan zaman yerli klubların biri ilə qarşılaşırdıq. 2:0 hesabı ilə qalib gəldiyimiz yoxlama oyununda ilk qolun müəllifi olmuşdum. Səmimi deyirəm, bunu heç vaxt unutmayacağam.

- Ad gününü qeyd etməyi xoşlayırsanmı?
- Özümə heç vaxt ad günü keçirməmişəm. Doğum günü qeyd etməyi qətiyyən sevmirəm. Ailəmi, dostlarımı və yaxınlarımı əziyyətə və xərcə salmaq istəmədiyim üçün belə edirəm. Buna baxmayaraq, başqalarının ad günlərinə getməyi çox sevirəm.

- Hansı doğum günün sənin üçün daha yaddaqalan olub?
- İlk dəfədi ki, ad günümü evdə ailəm və övladlarımla qeyd edirəm. Bəlkə də bu, mənim üçün ən yadda qalan doğum günü olacaq. Uşaqlıq illərini nəzərə almasam, bu vaxtda qədər əksər doğum günlərim milli komandanın təlim-məşq toplanışlarına təsadüf edib. Qyoko Hacievski yığma komandanın baş məşqçisi olan zaman Türkiyədə hazırlıq keçirdik. Uşaqların bəziləri ad günüm olduğunu bilirdi. Buna görə də, komanda mənim üçün xüsusi tort almışdı.

- Bu vaxtda qədər ad günündə aldığın ən yaddaqalan hədiyyə…
- Mən daha çox hədiyyə verməyi sevirəm. Aldığım hədiyyələrin hamısı mənim üçün əzizdi. Ailəm tərəfindən aldıqlarım isə mənə daha doğmadı.

- Futboldan başqa nə ilə məşğul olursan?
- Təbiəti çox sevirəm. Boş vaxtlarım olan zaman ağac əkirəm.

- Futbolçu kimi son olaraq hansı komandanın formasını geyinmək istərdin?
- Kasıb ailədə böyümüşəm. Uşaqlıq illərim də çətin keçib. Futbola Sumqayıt şəhərində başlamışam. İlk məşqçim isə Tofiq Rzayev olub. Hərbi xidmətdən qayıtdıqdan sonra böyük futbola başladım. Ondan sonra vəziyyət mənim üçün yaxşılığa doğru dəyişdi. Hazırda “Sumqayıt”ın bir parçasıyam və bununla fəxr edirəm. Açığı, maliyyə cəhətdən daha yüksək təkliflər almışdım. Lakin uşaqlıqdan bəri bir arzum var. Futbola Sumqayıtda “əlvida” demək istəyirəm. İnşallah, qismət olarsa, “vida oyunumu” bu komandanın forması ilə keçirmək niyyətindəyəm.

- Gələcəklə bağlı nə düşünürsən?
- Futbolçu karyeramı bitirdikdən sonra özümü məşqçi kimi sınamaq istəyirəm. Futbol mənim həyatımdı. Bu sahədən ayrılsam, yaşaya bilmərəm. Məşqçilik işinə isə tez bir zamanda başlamaq istəmirəm. Qismət olsa, bir qədər təcrübə keçmək istərdim. Ən böyük arzum da nə vaxtsa milli komandalardan birini çalışdırmaqdı.

- Samir Abasov öz doğum günündə özünə nə arzulayır?
- Əsas cansağlığı…




 
Müəllif: azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.