Klub xəbərləri
- 02.02.2012 / 0 şərh / 2464 -dəfə baxılıb
- Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Bakı” növbəti yoxlama matçına çıxıb. “Zolaqlılar” Belarusun “Dinamo” (Minsk) klubuna 2:3 hesabı ilə uduzub. Görüşün gedişində 2:1 hesabıyla irəlidə olan “Bakı” son dəqiqələrdə buraxdığı iki qolla meydanı məğlub tərk edib. Matçın 13-cü dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqə alan Uinston Parks meydandan qovulub.
Antalyadakı ilk görüşündə Hollandiyanın “Alkmaar” klubuna 1:5 hesabı ilə uduzan “Bakı” ardından Almaniya təmsilçisi “İnqolstadt"a da məğlub olmuşdu - 0:4. Daha sonra Rumıniyanın “Panduri” klubuna da 0:1 hesabı ilə məğlub olan “zolaqlılar” son görüşdə Ukrayna “Arsenal”ına qalib gəlmişdi - 2:1.