Klub xəbərləri
- 02.02.2012 / 0 şərh / 2652 -dəfə baxılıb
- Antalyada təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan “Xəzər Lənkəran” növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Cənubluların bu dəfəki rəqibi Rumıniya çempionatında mübarizə aparan “Vointa Sibiu” klubu olub. “Xəzər Lənkəran” rumınlarla qarşılaşmada böyük hesabla uduzub (0:4).
Qeyd edək ki, Cüneyt Biçərin komandası hazırlıq dönəmində keçirdiyi hər üç matçı qələbə ilə başa vurub. “Ağ-yaşıllar” Türkmənistan millisini 3:1, “Volfsburq II” (Almaniya) və “Atırau” (Qazaxıstan) klublarını isə 2:1 hesabı ilə məğlub etmişdilər