Klub xəbərləri
- 03.02.2012 / 0 şərh / 1753 -dəfə baxılıb
- "Qəbələ" Antalyadakı toplanış çərçivəsində 5-ci sınaq matçını keçirib. Fatih Kavlakin komandası Xorvatiya təmsilçisi RNK “Split” klubu ilə qarşılaşıb.
Oyunun əsas vaxtında qapılara 4 top vurulub - 2:2. "Qəbələ"nin qollarına Aleksandr Çertoqanov və Lyubo Baranin imza atıblar. Daha sonra tərəflər penaltilər seriyasında qüvvələrini sınayıblar.
Burada daha dəqiq oynayan "Qəbələ" rəqibinə qalib gəlib.