Klub xəbərləri
- 03.02.2012 / 0 şərh / 1897 -dəfə baxılıb
- Azərbaycan və Türkiyədəki əlverişsiz hava şəraiti hazırda Antalyada olan Azərbaycan klublarını vətənə qayıtmaq üçün alternativ variantlara əl atmağa vadar edir.
Belə ki, “Bakı”, “İnter” və “Neftçi” fevralın 5-i Bakıya qayıtmalıdır. Ancaq, bu baş tutmaya da bilər. Bildiyiniz kimi, “Sumqayıt”ın üzvləri İstanbul aeroportunda gecələyib. “Kəpəz” isə artıq ikinci sutkadır Antalyadan çıxa bilmir. Verilən məlumata görə, gəncəlilər Türkiyəni bu gün tərk edəcəklər. Əgər hava şəraiti düzəlsə...
Azerifootball.com-un əldə etdiyi məlumata görə, “Sumqayıt” və “Kəpəz”in aqibətini yaşamamaq üçün digər klublarımız hərəkətə keçiblər. Ən real variant Antalyadan Bakıya çarter reysi təşkil etməkdir. Artıq klub nümayəndələri bu istiqamətdə ilk addımları da atıblar. Əks halda, soyuq və qarlı havaları nəzər alsaq, “Bakı, “İnter” və “Neftçi”nin Türkiyədə ləngimək ehtımalı var.