Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
03.02.2012 / 0 şərh / 1853 -dəfə baxılıb

"Təki yoxlama görüşlərində uduzaq, ancaq çempionatda qələbə qazanaq" (Müsahibə)

 
"İnter"in gürcü müdafiəçisi İlia Kandelakinin müsahibəsi

- İlia, hazırlığın artıq yekunlaşdığını demək olar. Necə düşünürsən, “İnter” çempionata hazırdırmı?
- Deyərdim ki, hazırıq. Çünki yaxşı toplanış keçdik. Antalyada ən yüksk səviyyədə məşq etdik, 5 yoxlama görüşü keçirdik, çatışmayan cəhətlər üzərində işlədik. Artıq 19-cu turun oyununu gözləyirik.

- Ancaq yoxlama görüşlərində qeydə alınan nəticələr heç də ürəkaçan olmadı. Bunu nə ilə əlaqələndirərdin?
- Bilirsiniz ki, bu tip oyunlarda heç vaxt nəticə önəmli olmur. Yoxlama görüşlərində əsas məqsəd komandanı komplektləşdirmək, nöqsanları aradan qaldırmaqdır. Bu mənada keçirdiyimiz oyunların bizim üçün faydalı olduğunu düşünürəm. Baş məşqçi də bu qarşılaşmalarda bütün futbolçuları sınaqdan çıxarır, bəzi taktiki gedişləri yoxlayır. Yenə deyirəm, yoxlama görüşlərində nəticə elə də önəmli deyil. Eybi yoxdur, təki yoxlama görüşlərində uduzaq, ancaq çempionatda qələbə qazanaq.

- Qış fasiləsinə ikinci pillədə yollandınız və lider “Neftçi”dən cəmi 1 xal geri qalırsınız. Səncə, fasilədən sonra bu kiçik fərqi aradan qaldırıb, liderliyə yüksələ biləcəksinizmi?
- Müasir futbolda 1 xallıq fərq elə də problem deyil. Ümumiyyətlə, 6-7 xallıq fərqi də qapatmaq problem deyil. Əsas odur ki, işinə məsuliyyətlə yanaşasan, oyunlara çox ciddi hazırlaşasan. Bunu bacarsan, məqsədinə də çatacaqsan. Hər şey bizim özümüzdən asılıdır. “Neftçi” güclü komandadır və onlar da çalışacaqlar ki, qazandıqları çempionluq titulunu qoruyub saxlasınlar. Amma unutmayaq ki, “Xəzər Lənkəran” da bizdən 1 xal geri qalır. Odur ki, qış fasiləsindən sonra daha gərgin mübarizə gedəcək.

- Sözlərindən belə başa düşdük ki, sənin üçün çempionluq uğrunda əsas mübarizə “Neftçi”, “İnter” və “Xəzər Lənkəran” arasında gedəcək?
- Yox, qətiyyən bu cür düşünmürəm. Çünki digər iddialı rəqibləri də unutmaq olmaz. Az öncə də qeyd etdiyim kimi, müasir futbolda 6-7 xallıq fərqi aradan qaldırmaq heç bir problem deyil. Odur ki, “Qarabağ”, “Bakı” və “Qəbələ”ni də qətiyyən yaddan çıxarmaq olmaz və bu komandalar da çemponluq uğrunda mübarizələrini son ana qədər davam etdirəcəklər. Ümumiyyətlə, onu demək istəyirəm ki, Premyer Liqada çıxış edən 12 komandanın hamısına eyni məsuliyyətlə, eyni ciddiyyətlə yanaşırıq və heç birinin arasında ayrı-seçkilik etmirik.

- Qış fasiləsinə qədər “İnter”i daha çox diqqət mərkəzinə gətirən sizin 14 oyunluq məğlubiyyətsizlik seriyanızdır. Səncə, bu seriyanı fasilədən sonra da davam etdirmək mümkün olacaqmı?
- Təbii ki, uğurlu seriyanı bacardığımız qədər uzatmağa çalışacağıq. Amma nə vaxta qədər bu davam edəcək, onu deyə bilmərəm (gülür).

- Ancaq çempionata o qədər də yaxşı başlamamışdınız və çoxları sizi favorit hesab eləmirdi...
- Elədir, çempionata yaxşı başlamadıq. Bunu da təbii qəbul edirəm, çünki heyətdə dəyişikliklər olmuşdu, yeni futbolçuların bir-birinə uyğunlaşmaları üçün zamana ehtiyac var idi. Lakin 5-6-cı turdan etibarən komanda toparlandı və öz oyununu oynamağa başladı. Təbii ki, burada baş məşqçinin də dəst-xətti öz sözünü dedi.

- Yeri gəlmişkən, Kaxaber Tsxadadze haqda olan fikirlərini də bilmək maraqlı olardı...
- Tsxadadze öz sözünü demiş məşqçidir. Futbolçu kimi də çox güclü olub, məşqçi kimi də özünəməxsus dəst-xətti var. Onunla işləmək çox maraqlıdır. O, bir dəfə “İnter”lə çempion olub. İnanıram ki, bu il eyni nəticəni təkrarlaya biləcəyik.

- Öz oyununu necə qiymətləndirirsən?
- “Normal” deyə bilərəm. Hər halda, çalışıram komandamın qələbələri üçün əlimdən gələni edim. Odur ki, daha çox məşq edirəm.

- Hər halda, “Neftçi” ilə oyunda “İnter”in qələbə qolunu məhz sən vurdun...
- Elədir. Ancaq bunu təkcə mənim adımla bağlamaq doğru olmaz. Həmin qolda bütün komanda iştirak etdi, mən sadəcə, son nöqtəni qoydum. Bu səbəbdən qolu bütün komandanın adına yazıram. Şadam ki, vurduğum həmin qol komandamın qələbəsini təmin etdi. Futbolda fərdi yox, kollektiv oyun daha vacibdir. Qolu kimin vurması o qədər də önəmli deyil. Kim vurur-vursun, əsas odur ki, komanda qələbə qazansın.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.