Klub xəbərləri
- 03.02.2012 / 0 şərh / 1817 -dəfə baxılıb
- Reis Klaudineinin "Rəvan"ın düşərgəsinə qaytımamasının səbəbi müəyyənləşib. Braziliyalı yarımmüdafiəçi ailə vəziyyətinə görə Bakıya gələ bilmir.
Belə ki, Klaudinei ailəsini də özü ilə birlikdə Bakıya gətirmək istəyir. Ancaq "Rəvan" rəhbərliyi buna icazə vermir. Bunun nədən qaynaqlandığı isə məlum deyil. Ona görə də Klaudineyinin Bakıya gəlişi ləngiyir.
Qeyd edək ki, "sambaçı"nın "Rəvan"la yaya qədər müqaviləsi var.