Klub xəbərləri
- 03.02.2012 / 0 şərh / 1928 -dəfə baxılıb
- Antalyada təlim-məşq toplantısını davam etdirən "Xəzər Lənkəran" bu gün növbəti yoxlama oyununu keçirib. Cənub təmsilçisinin rəqibi Rusiyanının “Şinnik” klubu olub.
Lənkəran təmsilçisi bu görüşdə də məğlubiyyətə düçar olub. Oyunun baş hakimi komandamızın qapısına 3 dəfə penalti təyin edib və rəqib futbolçular bundan iki dəfə yararlana biliblər.
“Ağ-yaşıllar” sonuncu yoxlama görüşündə isə Rumıniyanın "Vointa Sibiu" klubuna 0:4 hesabı ilə məğlub olub. Qeyd edək ki, ilk görüşündə Türkmənistan millisinə 3:1 hesabı ilə qalib gələn "Xəzər Lənkəran" ardından Almaniyanın "Volfsburq II" komandasını və Qazaxıstan "Atırau" klubunu məğlub etmişdi - 2:1.
“Xəzər Lənkəran” - “Şinnik” - 1:3
“Xəzər Lənkəran” (start heyəti): Kamran Ağayev, Eder Bonfim, Elvin Beciri, Elnur Allahverdiyev, Alim Qurbanov, Andrey Mureşan, Rahid Əmirquliyev, Elnur Abdullayev, Tounkara Sadio, Antonio Semedo, Branimir Subaşiç.