Klub xəbərləri
- 03.02.2012 / 0 şərh / 1821 -dəfə baxılıb
- Zaqatalanın "Simurq" klubu bu gün Antalyada növbəti yoxlama oyununu keçirib. Sergey Yuranın yetirmələri dördüncü sınaq oyununda Çinin BİT komandası ilə qarşılaşıb.
İlk hissəsi qolsuz başa çatan oyunun, ikinci yarısında əyalət komandası rəqibinə aman verməyib. Son 30 dəqiqədə fəallaşan "Simurq" rəqibini 4:0 hesabı ilə darmadağın edib.
"Simurq" - BİT - 4:0 (0:0)
“Simurq”un start heyəti: Dmitri Kramarenko, Emin Cəfərquliyev, Rüstəm Məmmədov, Qvidas Alunderis, İlkin Qırtımov, Rüstəm Abbasov, Ruslan Poladov, Daniel Genov, Qalib İbrahimov, Sergey Kovalenko.