Klub xəbərləri
- 05.02.2012 / 0 şərh / 1792 -dəfə baxılıb
- “Xəzər Lənkəran”ın heyətində 2007-2010-cu illərdə çıxış etmiş bolqar futbolçu Radomir Todorov yenidən komandanın sıralarına qoşulub. Komandanın tarixində ən çox oyun keçirmiş legioner olan sol cinah müdafiəçisinin keçidi barədə bir müddət gedən danışıqlardan sonra razılıq əldə edilib.
Qeyd edək ki, 31 yaşlı Todorov “Xəzər Lənkəran” formasında 125 oyunda meydana çıxıb və 1 qol vurub. Lənkərandan ayrı olduğu bir il müddətində futbolçu paytaxtın “Bakı” və ölkəsinin “Spartak Varna” klublarında çıxış edib.