Klub xəbərləri
- 06.02.2012 / 0 şərh / 1819 -dəfə baxılıb
- Ölkədə, eləcə də, Bakıda davam edən əlverişsiz hava şəraiti ucbatından Azərbaycan premyer-liqasının növbəti turunun oyunları təxirə salına bilər. Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Məsələ ilə bağlı danışan R.Musayev XIX turun oyunlarının təxirə salınmasının mümkün olduğunu deyib: “Fevralın 10-11-də keçiriləcək növbəti - XIX turun oyunlarının təxirə salınması mümkündür. Bildiyiniz kimi, ölkəmizdə soyuq havanın hələ bir neçə gün davam edəcəyi açıqlanıb. Əgər, oyun günlərində də bu cür hava müşahidə olunsa, qarşılaşmalar təxirə salınacaq”.
XIX turun proqramını diqqətinizə çatdırırıq:
10 fevral
AZAL – “Sumqayıt”
“Qarabağ” – “Simurq”
11 fevral
“Turan” – “Xəzər Lənkəran”
“İnter” – “Rəvan”
“Kəpəz” – “Qəbələ”
“Bakı” – “Neftçi”