Klub xəbərləri
- 06.02.2012 / 0 şərh / 2852 -dəfə baxılıb
- Premyer Liqanın ikinci mərhələsi üçün hazırlığını davam etdirən "Sumqayıt" növbəti yoxlama oyununu keçirib. "Şəfa" stadionunda "Rəvan"la üz-üzə gələn Bernhard Raabın komandası qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.
"Sumqayıt"dan qolları Ramil Həşimzadə və Timur İsrafilov vurub. "Rəvan"dan isə Taqim Novruzov fərqlənib.
"Sumqayıt" fevralın 10-da Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq.