Klub xəbərləri
- 06.02.2012 / 0 şərh / 1899 -dəfə baxılıb
“Rəvan”ın baş məşqçi postunda dəyişiklik baş verib., 42 yaşlı çalışdırıcı Vladislav Qədirov istefaya göndərilib. Klub rəhbərliyinin qərarı ilə onun yerinə Bəhmən Həsənov təyin olunub. Ancaq bu, müvəqqəti təyinatdır. Yəni çempiona az qalıb və əvvəl də komandanı çalışdırmış Həsənov bir müddət bu vəzifəni icra edəcək.
Həsənov “Rəvan”ın debüt mövsümünü keçirdiyi Premyer Liqada ilk baş məşqçisi kimi tarixə düşüb. O, cari mövsümün VI turunda “Sumqayıt Şəhər”lə evdəki qolsuz bərabərlikdən sonra istefa vermişdi.
Qeyd edək ki, bu, cari mövsümdə 7-ci istefadır. Həsənovdan başqa rumıniyalı Mirça Rednikin “Xəzər Lənkəran”dan, ingilis Toni Adamsın “Qəbələ”dən, Elxan Abdullayevin AZAL-dan, Mehman Allahverdiyevlə Mirbağır İsayevin “Kəpəz”dən gedişi reallaşmışdı.