Klub xəbərləri
- 06.02.2012 / 0 şərh / 1780 -dəfə baxılıb
- Çempionatın qış fasiləsinə gözlənilmədən 2-ci pillədə yollanan "İnter" fevralın 7-dən etibarən "Rəvan"la oyunun hazırlığına başlayacaq.Tam heyətlə Bakıya gələn ikiqat ölkə çempionu xoşagəlməz hadisə ilə üzləşib.
Antalyadakı son məşqlərin birində komanda yoldaşı ilə toqquşan müdafiəçi İlia Kandelakinin burnu sınıb. Tibbi müayinədən sonra cərrahiyyə əməliyyatının qaçılmaz olduğu müəyyənləşib. Bu əməliyyatı keçirmək üçün vətəni Gürcüstana yollanan futbolçu bir ay meydana çıxa bilməyəcək.