Klub xəbərləri
- 06.02.2012 / 0 şərh / 1734 -dəfə baxılıb
- "Qəbələ" doğma məkanda "Kəpəz" matçı hazırlıqlarını davam etdirir. Komandanın baş məşqçisi Fatih Kavlak "Qəbələ"dəki son durum və Antalya toplanışının yekunları barədə klubun saytına açıqlamalasında ilin ilk rəsmi matçında hədəfin yalnız 3 xal olduğunu bildirib:
"Toplanışımız çox yararlı keçdi. İstədiklərimizi ala bildik. Fiziki və taktiki planda komandanı istədiyimiz həddə çatdırdıq. Yeni transferlər də heyətə tam uyğunlaşdılar. Antalyada keçirdiyimiz son oyunlarda "Qəbələ"nin start 11-liyini demək olar ki, müəyyənləşdirdik.
Qarşıdakı günlərdə futbolçuların durumuna görə start heyəti dəqiqləşdirəcəyik. Bizi qarşıda çətin oyunlar gözləyir. Hazırda isə fikrimizi "Kəpəz" matçına yönəltmişik. Tək hədəfimiz 3 xal qazanmaqdı".