Klub xəbərləri
- 06.02.2012 / 0 şərh / 2032 -dəfə baxılıb
- "Xəzər Lənkəran" daha iki legioneri heyətinə qatıb. Xorvatiyalı yarımmüdafiəçi Roberto Alves və kosta-rikalı hücumçu Rendal Breneslə aparılan danışıqlar müsbət nəticələnib.
Hər iki futbolçu çərşənbə günü Bakıya gələrək, "Xəzər Lənkəran"la rəsmi müqaviləyə imza atacaq. Brenes və Alveslə il yarımlıq müqavilənin imzalanacağı gözlənilir.