Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
06.02.2012 / 0 şərh / 1925 -dəfə baxılıb

Hamıdan fərqlənən "Bakı" (Yazı)

Bu qış klublarımız əvvəlki transfer dönəmlərinə nisbətən daha passivdirlər. Xüsusən də Premyer Liqanın iddialıları bu baxımdan ciddi iş görmədilər.

Məsələn, “Xəzər Lənkəran” ötən mövsüm 6 ay ərzində iki dəfə heyət dəyişdiyi halda, bu qış heyətinə cəmi 5 futbolçu qatdı: Bunlardan üçü əcnəbi (ikisi Malidən), ikisi ilə yerlidir.
 
Bəzi futbolçuları ilə yollarını ayıran, bəzilərini də icarəyə verən “Neftçi” isə hələlik, ümumiyyətlə, transfer etməyib.

Çempionluğa iddialı “İnter” sadəcə, “Bakıdan heyətinə qatdığı Əziz Quliyevlə güclənib.

“Qarabağ” Vaqif Cavadov və Elton Yaqublu, “Qəbələ” Yannik Kamanan və Elmar Baxşıyevlə kifayətlənib.

“Simurq”, “Rəvan”, “Kəpəz”, “Turan” və “Sumqayıt” yerli bazarın hesabına heyətlərini möhkəmləndiriblər.
 
Yalnız “Bakı” ənənəsinə sadiq qalaraq, həmişəki kimi, bu dəfə də Avropada kifayət qədər tanınan futbolçularla güclənib. Bir sıra yerli və əncəbi futbolçuları ilə vidalaşan “Bakı” ulduz oyunçusu Jaba ilə yollarını ayrısa da, onun yerini daha məşhur oyunçu ilə doldurdu. Belə ki, paytaxt klubu “Malaqa”, “Marsel”, “Sportinq” kimi böyük klublarda oynamış Serxio Kontrerası (Koke) heyətinə qatdı. İspaniyalı forvard qış fasiləsində ölkəmizə gələn ən bahalı futbolçudur. Məşhur “transfermarkt.de” saytı ona 1 milyon avro qiymət qoyub.

Qış dönəminin ən bahalı ikinci transferi də məhz “Bakı”ya məxsusdur. Paytaxt klubunun “Srvena Zvezda”dan aldığı Serbiya millisinin sabiq üzvü Nenad Kovaçeviçə 750 min avro qiymət qoyulub. Xorvatiyanın “Riyeka” klubundan gələn Duje Bakoviçin dəyəri 550, Sloveniyanın “Domjale” komandasından gələn Lukas Mario Horvatın dəyəri isə 350 min avrodur. Bu qiymətlər də “transfermarkt.de”yə istinadən verilib.

“Qəbələ”nin yeganə əcnəbi transferi Yannik Kamananın da hazırkı dəyəri bəllidir. İngiltərənin “Tottenhem”, Fransanın “Starasburq”, “Dijon”, “Ayaçço”, Belçikanın “Ostende”, İsveçrənin “Şaffhausen”, İsrailin “Makkabi” (Herzliya), “Makkabi” (Təl-Əviv), Türkiyənin isə “Sivasspor” və “Mersin İdmanyurdu” klublarında çıxış etmiş futbolçu 550 min avro dəyərində qiymətləndirilir. Qış dönəminin azsaylı əcnəbi transferlərindən olan Nemanya Vidakoviçin də qiyməti qeyd edilib. Belə ki, “Rəvan”ın yeni oyunçusuna 300 min avro qiymət qoyulub.

Ümumiyyətlə, klublarımızın qış transferlərindən belə başa düşmək olar ki, onlar köklü dəyişikliyə ehtiyac görməyərək, daha çox heyətin özəyini qoruyub saxlamağa çalışıblar. Yalnız Jaba kimi futbolçunun gedişinə təəssüflənmək olar. Həqiqətən də, o, nəinki “Bakı”, ümumiyyətlə, Azərbaycan çempionatı üçün dəyərli futbolçu idi. Məhz bir çox azarkeşlər stadiona braziliyalının oyununu izləmək üçün gəlirdilər.

Sonda qeyd edək ki, “transfermarkt”ın qiymətləndirmələri əksər hallarda reallıqla üst-üstə düşmür.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.