Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Milli yığma
27.02.2012 / 0 şərh / 1445 -dəfə baxılıb

"Elə yazılar yazmalısınız ki, Foqts yanlış qərarından əl çəksin"

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev “Qarabağ” klubunun futbolçusu Vaqif Cavadovun Azərbaycan milli komandasına qaytarılmamasına və cəzasının azaldılmamasına münasibət bildirib. Veteran futbolçu açıqlamasında Cavadovu yığmadan kənarda saxlayan baş məşqçi Berti Foqtsu qınayıb.

Eyni zamanda, Tuayev jurnalistlərin də bu məsələdə futbolçuya dəstək olmalarının vacibliyini vurğulayıb: “Belə etmək olmaz. Hətta insan insanı öldürəndə də əfv edirlər. Amma Foqts əsl azərbaycanlı futbolçunu yığmadan kənarda saxlayır. Bu məsələnin müsbət həllində siz jurnalistlərdən çox şey asılıdır. Elə yazılar yazmalısınız ki, Foqts yanlış qərarından əl çəksin”.

Tuayev vaxtilə məhz jurnalist yazısından sonra “Neftçi”də komanda yoldaşı olmuş mərhum futbolçu Anatoli Banişevskinin cəzasının qarşısını aldığını açıqlayıb. O, 1969 – 1983-cü illərdə “Sovetskiy Sport” qəzetinin futbol şöbəsinin redaktoru, veteran futbolçu Viktor Ponedelnikin xidmətlərini vurğulayıb: “O vaxtlar SSRİ Futbol Federasiyası Banişevskini diskvalifikasiya etmək istəyirdi. Buna görə Viktor Ponedelniki Azərbaycana dəvət etdim. Onun üçün nələr etmədim? Neftçalaya kimi apardım. Balıq tutdu, kürüyə qonaq oldu. Hər cür şərait yaratdım ki, Banişevski barədə yaxşı yazı yazsın, SSRİ futbolundakı xidmətlərini bir daha nümayiş etdirsin. Ponedelnik də “Sovetskiy Sport”da bir gözəl yazı yazdı. Nəticədə Banişevskini cəzalandırmadılar”.

Qeyd edək ki, AFFA Vaqif Cavadovun 2012-ci il Avropa çempionatının ötən il oktyabrın 7-də Azərbaycan və Avstriya milliləri arasında keçirilmiş seçmə qrup matçından sonra heç bir səbəb olmadan komandamızın düşərgəsini tərk etdiyini açıqlayıb. AFFA İntizam Komitəsi futbolçunu 1 il müddətinə yığmadan kənarlaşdırıb. Onu heyətinə cəlb edən “Qarabağ” isə 5000 manat cərimələnməklə yanaşı, xidmətindən 5 oyunluq məhrum olub. Berti Foqts baş məşqçi olacağı müddətdə Cavadovu bir daha yığmaya çağırmayacağını bildirib.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq2866
2AZAL2858
3İnter2841
4Simurq2836
5Bakı2831
6Qəbələ2829
7AZAL2827
8Rəvan2823
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

28

11.05.2019
15:00
Səbail
Keşlə
1
4
16:00
Sabah
FC Zire
0
3
16:00
Sumqayıt
Qəbələ
1
0
18:00
Neftçi
Qarabağ
2
3



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.