Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Milli yığma
27.02.2012 / 1 şərh / 2138 -dəfə baxılıb

Nə yaxşı ki, Hindistan var...

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib. Rəqib Hindistan yığması olub.

Qarşılaşma komandamızın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində baş tutub. “The Sevens” stadionunda keçirilmiş qarşılaşma millimizin böyük hesablı qələbəsi ilə nəticələnib – 3:0. Hesabı 3-cü dəqiqədə Vüqar Nadirov açıb. 43-cü dəqiqədə Mahir Şükürov özünə qarşı kobudluqdan sonra təyin edilmiş penaltini dəqiq yerinə yetirib. Matçda son nöqtəni isə ikinci hissədə meydançaya daxil olmuş Nizami Hacıyev 84-cü dəqiqədə qoyub.

Millimiz Dubayda hazırlıq prosesinə fevralın 22-dən başlayıb. Bundan 2 gün sonra baş məşqçi Berti Foqtsun komandası ilk yoldaşlıq görüşünə çıxıb. Yığmamız tarixində ilk dəfə Sinqapurla qarşılaşıb. Millimiz FİFA-nın son reytinq siyahısında 148-ci yerdə olan Asiya təmsilçisi ilə bacarmayıb – 2:2. Hindistan isə reytinqcə Sinqapurdan da geridə - 154-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, bu, Azərbaycan millisinin 2012-ci ildə ilk qələbəsi olub. Daha öncə yığmamız Sinqapurla heç-heçə edib – 2:2. Komandamız növbəti görüşünü fevralın 29-da Fələstinə qarşı keçirəcək.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

  • bu ne bawliqdi eee yazirsiz "Ne yaxşi ki, Hidistan var.." AFFA muraciet edek bizim yigmaya uygun Brazilya ya da Argentinani teşkil etsinler

    Anar Aliyev (blackman) / 28.02.2012 10:48 /

  • Şərh qoymaq üçün siz qeydiyyatı keçməlisiniz,
    və yaxud daxil olmalısınız

Turnir cədvəli

KlubOH
1Simurq2866
2AZAL2858
3İnter2841
4Simurq2836
5Bakı2831
6Qəbələ2829
7AZAL2827
8Rəvan2823
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

28

11.05.2019
15:00
Səbail
Keşlə
1
4
16:00
Sabah
FC Zire
0
3
16:00
Sumqayıt
Qəbələ
1
0
18:00
Neftçi
Qarabağ
2
3



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.