Milli yığma
- 01.03.2012 / 0 şərh / 4185 -dəfə baxılıb
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. VIII qrupda mübarizə aparan yığmamız İslandiya ilə qarşılaşıb. “Dalğa Arena” stadionunda baş tutan görüş 1:0 hesabı ilə Bernard Lippertin rəhbərlik etdiyi komandanın xeyrinə bitib. Yeganə qola Əli Gökdəmir imza atıb.
Bununla da ilk qələbəsini qazanan milli komandamız sonuncu pillədən qurtulub. Yığmamız 4 xalla 4-cü pilləyə yüksəlib.