Rəylər
- 25.03.2012 / 0 şərh / 1949 -dəfə baxılıb
- "Bura qələbə dalınca gəlmişdik. Təəssüflər olsun ki, qələbə qazana bilmədik və 1 xalla kifayətəndik. Normal oyun alındı. Deməzdim ki, komanda pis oynadı". Bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov "Neftçi" ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandasının oyununu belə dəyərləndirib: "Komandaya yaxşı bələd deyiləm. Bu gün bəzi futbolçuları yoxladım. Onların nəyə qadir olduqlarınl gördüm. Futbolçularımın fiziki durumu zəifdi və komandada xəttlərarası mövqedə də prolemlər var. Rikardo Qomeşin oyununu izləməmişdim.
Bu oyunda isə onun nəyə qadir olduğunu gördüm və artıq çəkidən əziyyət çəkdiyinin şahidi oldum. Növbəti oyunda Qomeşdən maksimum yararlanmağa çalşacağıq. "Xəzər Lənkəran"a yeni gəlmişəm və çalışacağam ki, özümü doğruldum. İstefa haqda fikirləşmək belə istəmirəm".