Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
27.04.2012 / 0 şərh / 2562 -dəfə baxılıb

Neftçi 200 mini vaxtında verməyincə, FİFA-ya şikayət etdim (Müsahibə)

2008/09-ci il mövsümündə «Neftçi» forması geyinən Ali Cansunun Azərbaycan karyerası uğurlu alınmadı. «Qaziantepspor»u Bakı klubuna dəyişən hücumçu əksər matçlarda ehtiyatda qaldı. Hans-Yurgen Gedenin əsas heyət üzünə həsrət qoyduğu sabiq «Beşiktaş»lı həmin yay düşərgəni tərk etməli oldu. Forma şansı qazanmayan Cansunu, bununla belə, «Neftçi» fanatları sevdi. Axı o, «Böyük oyun»da komandasını məğlubiyyətdən qələbəyə aparmışdı. Türkiyəli legionerin qovulması Böyükağa Hacıyevin baş məşqçi postuna keçdiyi araya təsadüf eləsə də, sonrakı proseslər onun rəhbərliklə problem yaşadığını göstərdi. Müqaviləsi birtərəfli pozulan Ali bakılılardan FİFA-ya şikayət ünvanladı. İki ildən artıq müddətdə davam edən araşdırma onu haqlı çıxardı. «Neftçi» dünya futbol qurumunun ağır cəzasından qorxaroaq, Cansuna olan borcunu ödədi. Bütün bunlar barədə futbolçunun özü danışdı. Hazırda ölkəsinin ikinci liqasında tər tökən hücumçu «Neftçi» rəhbərliyinin ondan pul qoparmaq istədiyini və məhkəmə prosesini uzatmağa çalışdığını dedi.

- Hazırda komandada işlərin necə gedir?
- «Eyyubspor»un başqanı ilə münasibətim yaxşıdı. Mənimlə yanaşı, Ahmet Dursun və «Fənərbaxça»nın qapıçısı olmuş Murad Şahini də bura dəvət edib. Komandaya kömək etməyimizi istədilər. Biz də əlimizdən gələni edirik. Bu mövsüm klub tarixində ilk dəfə Türkiyə kubokunun üçüncü mərhələsinə qədər irəlilədik. Bu uğurda bizim də payımız oldu. İndi də birinci liqaya çıxmaq üçün pley-offda mübarizə aparırıq. Hələ beş tur var, mövsümün başa çatmasını gözləyirik.

- Birinci liqaya vəsiqə qazanmasaz, klubunu dəyişəcəksən?
- Hələ heç nə deyə bilmirəm. Gələn təkliflər arasından seçim edəcəm. Biz də bu yolla pul qazanırıq. Əlbəttə, təklif göndərən komandanın şərtlərindən çox şey asılıdı. Onun üçün də mövsümün bitməsini gözləyirəm.

- «Neftçi»də özünü yaxşı tərəfdən göstərdin. Baxmayaraq ki, oynamaq şansı az qazandın. Bunun hesabına azarkeşlər sənin nəyə qadir olduğunu gördü. «Neftçi»dən ayrılandan sonra Azərbaycan klublarından təklif almadın?
- «Neftçi»də yaxşı günlər keçirdim. Komandamız uğurlu mövsüm keçirməsə də, mən bacardığımı etdim. Bir neçə vacib qollar vurdum. «Neftçi»dən öz istəyimlə ayrılmadım. Klub daxilində problemlər vardı, mən də getmək məcburiyyətində qaldım. Ondan sonra Azərbaycan klubları ilə danışığım olmadı. Hansısa komandadan təklif alsam, elə bu gün dəyərləndirərəm.

- Müqavilə haqqını ödəmədiyinə görə «Neftçi»dən FİFA-ya şikayət ərizəsi göndərmişdin. Bu məsələ nə yerdə qalıb?
- İki ildən artıq idi ki, pulumun qalan hissəsini klub vermək istəmirdi. FİFA-ya müraciət edəndən sonra «Neftçi» yerdə qalan borcu ödədi.

- Nə qədər borcları qalmışdı?
- Məbləğ elə də önəmli deyil. Əsas odu ki, pulumu aldım.

- Nə vaxt?
- Bu yaxınlarda.

- Yerdə qalan borc 200 min olardı?
- Mənə olan borcları o qədərdi.

- Nə probləm yarandı ki, düşərgəni tərk etməli oldun?
- Mövsüm başa çatanda heç nə demədilər. Ondan sonra yeni mövsümün başlanğıcını gözlədim. Hələ İstanbuldaydım onda, komandanın Antalyaya gəlməsini gözləyirdim. Vitse-prezident İlqar Quluzadə zəng vuraraq, maliyyə ilə bağlı problemlərin olduğunu söylədi. Bunun mənə heç bir aidiyyatı yox idi. Mən tərəfdən heç bir problem olmadığı halda «Neftçi»ni tərk etmək məcburiyyətində qaldım. Halbuki müqaviləm hələ başa çatmamışdı. Bütün problemlər transferlərlə bağlı fırıldaqların ortaya çıxmasıyla yarandı.

- Bizdəki məlumata görə, sənin transferindən «Neftçi»nin keçmiş rəhbərliyi pul qazanmaq istəyib, razılaşmamısan.
- Zatən İlqar bəyin belə işləri vardı. O, menecerlərə transfer məsələsində bəzi şeylər təklif edirdi. Bunu mənə təklif edəndə, razılaşmadım və komandadan getdim.

- İlqar Quluzadə səndən nə qədər pul istəyirdi?
- Bu, mənimlə onun arasında olan söhbətdi. Artıq o məsələ mənim üçün qapanıb.

- Bilirsən ki, bu məsələ klubla futbolçular arasında xeyli sayda problemlər yaradıb?
- İlqar bəydən soruşun, özü cavab versin. Desin ki, məndən nə qədər pul istəyib. «Neftçi»də oynadığım vaxtlarda təmiz pul qazandım. Bu müddət ərzində nə məşqdən yayındım, nə də bəziləri kimi zədə adıyla istirahət etdim. Meydanda olanda da var gücümü ortaya qoyub, özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Vicdanla oynayıb, «Neftçi»dən halal pulumu almışam. 2009-un yayında İstanbula getdim, təlim-məşq toplanışını gözlədiyim bir vaxtda transferə çıxarıldığımı xəbər aldım. Prezidentimiz vardı, cavan adam…

- Əkbər Hacıyev
- Hə, yadıma düşdü, o. Əkbər başqanla danışığımızda mənimlə iki illik müqavilə bağlayacağını demişdi. İlqar bəy buna əməl etmədi. Onlar sözlərinə əməl etmədiyini görəndə «Neftçi»dən ayrıldım.

- Quluzadənin Levent Kartop, Suat Ustaının transferindən pul tutmasından xəbərin var?
- Levent ilə Suat pulunu kiməsə yedirtməz. Onlar Türkiyə Superliqasında çıxış etmiş futbolçulardı. Ola bilsin ki, İlqar «Neftçi»yə gələn o biri legionerlərdən pul qoparıb. Ad çəkmək istəmirəm. Özləri yaxşı bilir kimlərdi. Həmin vaxt «Neftçi»yə kimlərin transfer olunduğunu bilirsiz. Mənim deməyimə ehtiyac qalmır.

- «Neftçi»nin yeni rəhbərliyi FİFA-ya şikayətinə necə baxdı? Bildiyimə görə, son anadək borcunu ödəmək istəmirdilər. Elə buna görə vaxtı uzadırdılar.
- Klubla birillik müqaviləm vardı. Bunun qarşılığında «Neftçi»dən 450 min dollar almalıydım. Ayrılanda 200 mini ödəyəcəklərini dedilər. Amma pulumu vaxtında verməyincə, FİFA-ya şikayət etdim. «Neftçi» yalnız bu günlərdə bank hesabıma 200 min köçürdü. Qalan 250 mini «Neftçi»yə bağışladım. Bunu da ona görə etdim ki, «Neftçi»nin formasını geyinmişəm, çörəyini yemişəm.

- Digər legionerlərin də «Neftçi»dən FİFA-ya şikayət etdiyi də bizə məlumdu.
- Bolqarıstanlı Marko Davçevin şikayət etdiyini bilirəm.

- «Xəzər Lənkəran»da forma geyinmiş Romulo Silvano pulunu almadığı üçün FİFA-ya şikayət etmişdi? Bu üzdən də komandanın 6 xalını silldilər. Bundan xəbərin var?
- Şikayət edən zaman FİFA əvvəlcə araşdırma aparır. Futbolçunun pulu vaxtında ödənilməsə, klubu mütləq cəzalandırır. Adatən belə məsələlərdə FİFA futbolçunu müdafiə edir. Çünki klublar çox vaxt bizlərə qarşı haqsızlıq edirlər. Müxtəlif yollara əl atıb, borcu vermək istəmirlər. Müqavilə şərtləri qaydasında olandan sonra klub nə istəyirsə etsin, xeyiri yoxdu, yenə də futbolçu haqlı çıxacaq. «Xəzər Lənkəran» FİFA-nın tələbini yerinə yetirməyib, 6 xalını siliblər. Mən «Neftçi»dən FİFA-ya şikayət edəndə klub rəhbərlyi dərhəl agentimlə əlaqə saxladı. Bu işləri agentimlə birlikdə həll etdilər. Artıq pulumu da almışam. İndi «Neftçi» ilə heç bir problemim yoxdu.

- Premyer Liqa ilə artıq maraqlanmırsan? Matçları izləmirsən?
- Televiziyadan oyunları izləməsəm də, nəticələrdən xəbərim var. «Neftçi»nin digər komandalardan xal fərqi çox olduğundan, çempionata maraq azalıb. İkiinci-üçüncü yerlər uğrunda mübarizə davam etdiyi üçün son turlarda gərginlik hiss oluna bilər.

- Azərbaycandan dəvət alan türkiyəli futbolçular səndən məsləhət alırlar?
- Futbolçular deyil, əsasən menecerlər məndən fikir öyrənirlər. Soruşurlar ki, hansı futbolçular Azərbaycanda oynaya bilər, klubların şəraiti necədi, maddi imkanları nəyə çatır. Mən də çempionatın ağır və gərgin keçdiyini deyirəm. Onlar fikirləşirlər ki, hər bir futbolçu Azərbaycanda rahat oynaya bilər. Mən bir çox məqamları başa salandan sonra fikirləri dəyişib.

- «Neftçi» rəhbərliyi türkiyəli futbolçulardan narazılıq edir. Onlar rejimə əməl etmədiyinizi, siqaret çəkib və əylənməklə məşğul olduğunu deyirlər.
- Bu yaşa gəlib çatmışam, hələ siqaret və içkinin nə olduğunu bilmirəm. «Neftçi»də yaşadığım problemlərə rəğmən, məşqlərdə heç kimlə dalaşmadım.

- Problemlər yaşadığın klubda türkiyəli futbolçuların oynamasını məsləhət bilirsən?
- «Neftçi» Azərbaycanın ən güclü klublarından biridi. Futbol həyatmda ən yaxşı günlərimi keçirdiyim komandadı. Mən burda problemlə üzləşsəm də, kim məndən «Neftçi» ilə bağlı nəsə soruşarsa, onlara «gedin» deyərəm.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.