Rəylər
- 16.06.2012 / 0 şərh / 18378 -dəfə baxılıb
UEFA Çempionlar Liqası turnirinə Türkiyənin Bolu şəhərində hazırlaşan "Neftçi" PFK-nın yeni transferi Julius Vobay fikirlərini klubun rəsmi saytına danışıb:
"Bura uyğunlaşmağım çətin olmadı. Qısa vaxt ərzində bütün komanda yoldaşlarımla ünsiyyət yaratmışam. "Neftçi"də gördüyüm mehribanlıq və səmimiyyət mənim üçün çox vacibdir. Belə olan halda uğur qazanmaq da asanlaşır. Hazırlıq mərhələsində çəkdiyimiz zəhmətin bəhrəsini rəsmi oyunlarda görəcəyik. İnanıram ki, Çempionlar Liqasında uğurla çıxış edib, azarkeşlərimizi sevindirəcəyik".
"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov, komandanın məskunlaşdığı Bolu şəhərinə gəlib. Flaqmanın məşqini izləyən klub prezidenti daha sonra klubun rəsmi saytına müsahibə verib.
Həmin müsahibəni aşağıda izləyə bilərsiniz: