Rəylər
- 08.02.2012 / 0 şərh / 162 -dəfə baxılıb
- Zeynal Məmmədovun səsi yenə xırıltılı gəlir. Soyuq dəydiyindən belə danışdığına inanmıram. Yüz faiz “Bakı”nın CEO-su yuxu rejimini pozub. Komandasının uğursuz çıxışa son qoyması üçün. Yüz faiz Zeynal bəy Starkovun yükünün altına girib. Çünki Starkovda olan xüsusiyyət Məmmədov qardaşlarının kiçiyində yoxdu. Söhbət soyuqqanlılıqdan gedir. 6 ardıcıl yenilgi alan komandanın vitse-prezidentinin gecəsini gündüzünə qatması anlaşılandı. Baş məşqçisinin komandanı mövsümün sonuna sağ-salamat çıxara bilməyəcəyini dəqiq bildiyindəndi ki, Zeynal bəy qollarını çirmələyib. Bilir ki, uğursuzluq olan kimi Starkov aradan çıxacaq, tənqid yağışından islanan klub rəhbərliyi, özəlliklə də Məmmədov qardaşları olacaq. Bu Azərbaycan reallığıdı.
Transferlərinə nəzər salarkən, nəsə etmək istədikləri qənaətinə gəlmək olar. İnsafən, klubun menecerləri tərəfindən olunan transferlərin 90 faizindən bunu hiss etmək olar. Tək istisna mövsümün əvvəlindəki oyunçu keçidləri idi ki, onun da altında Starkovun imzası var, özü də olduqca müəmmalı imzası. Hər şeyə rəğmən “yalanı sonadək qovarlar” şüarını rəhbər tutan klub rəhbərliyi, baş məşqçisinin işinə qarışmadı.
Məmmədovla, yəni Zeynal bəylə söhbət edərkən, çox şeydən duyuq düşmək olar. Özəlliklə “Bakı” rəsmilərində ümidin ölmədiyindən. İnanırlar. Hətta yoldaşlıq oyunlarındakı mənfi sonuclar belə onlarda inamı sındırmayıb. Hesab edirlər ki, “Bakı”nın potensialı çempion olmaları üçün yetərlidi və lider olmaq üçün bircə dəfə qələbələri silsilə halına salmaq yetərlidi.
“Bakı” rəsmilərindən fərqli olaraq, “zolaqlılar”ın cari mövsümü qızıl medallarla tamamlayacaqlarına inamım yoxdu. Baş məşqçiləri bunu mümkünsüz edir. Starkovun “Bakı”sı ölkə kubokuna sahib çıxa bilər. Səbəb isə sadədi: Starkov əsl milli məşqçisidi. Milli komandaları çalışdıran mütəxəsislərin mütləq əksəriyyəti pley-off sistemində daha ideal nəticələr verirlər. Məhz bu səbəbdən də milli karyerası yüksək olan məşqçiləri klub komandalarına çox gətirmirlər. Əks-keçidlər isə ideal olur. Yəni, klublardan millilərə mütəxəsis axını daha yaxşı sonuclar verir.
Starkovun qabağına “Barselona”nın futbolçularını buraxsan belə heç nəyə nail olası deyil. Yalnız bir istisna var: dünyaca ünlü futbolçular onun dediklərinə qulaq tıxayaraq, öz bildikləri kimi oynasınlar. Bax o zaman nəyəsə nail ola bilərlər. Konkretləşdirsək, “Bakı”nı çempionluğa baş məşqçisi deyil, futbolçuları çıxara bilər.
Yeni transferlərinə nəzər salarkən, səssiz qalmaq məsləhətdi. Çünki hamısı olduqca səviyyəli futbolçulardı. Ən azı keçmişi və “Bakı”ya qədərki karyeraları belə deməyə əsas verir ki, hər şey əla olacaq. Olmasa isə günahkar komandanın çalışdırıcısındadı. Qızılı zərgərə deyil, bənnaya, yaxud dülgərə versən, o metal parçasından başqa bir şey deyil. Starkovun zərgər olduğunu iddia etmək isə bir qədər sadəlövlük olardı. Azərbaycanda olduğu 1 ildən artıq müddət kifayət edir ki, bu şəxs haqqında konkret fikirlər səsləndirək.
Qarabağ nağılı bitir? (Yazı)
Neftçidən FLAŞ transfer!
Mahir Şükürov Xəzər Lənkərana keçir
Zəifin gücü, zəfərin sirri... (Yazı)











“Qarabağ”dan mənə rəsmi müqavilə təklifi gəlməyib. Bu səbəbdən özümə yeni klub axtarmağım normaldı...
"Neftçi"də mənə imkan vermirdilər...