Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
17.02.2012 / 0 şərh / 1674 -dəfə baxılıb

Hafiz Məmmədovda ki bu səbr var...(Yazı)

Arzularım çoxdu, ancaq onlardan biri mənim üçün bu gün daha vacibdi. Hərdən əsəblərimi cilovlaya bilmirəm, hadisələrə yerli-yersiz çılğınlıqla reaksiya verirəm. Elə bu səbəbdən bir az səbrə ehtiyacım var. Allah mənə Hafiz Məmmədovda olan səbrin 1/5-ni versə, bəsimdi.

Futbolumuzda kasıbçılığın mövcud olduğu illərdə "Xəzər Lənkəran" ortaya çıxdı. Məhz Cənubda top oyununa pul yatırılması digərlərini də həvəsləndirdi. Sonradan "Qarabağ" yeni himayəçi tapdı, "Karvan", "İnter"ə çevrilən "Xəzər Universiteti" və başqaları bu sahəyə ciddi diqqət yetirməyə başladı. İndi demək olar bütün elita təmsilçiləri maddi baxımdan güclü dayaqlara malikdi. Təbii ki, bu sırada "Bakı" öndə gedir. Çünki "zolaqlılar" hətta köklü "Neftçi"dən də fərqli olaraq çox müasir bazaya malikdi, uşaq futboluna çox ciddi fikir verir və bu sahəyə ciddi yatırımlar qoyur.

Bunun qarşılığında nəticə də olmalıdı. Düzdü, 1-2 ilə fantastik uğura nail olmaq mümkün deyil və heç kim "Bakı"dan bunu gözləmir. Ancaq nəzərə alaq ki, paytaxt klubu bu işə çoxdan başlayıb və "Böyük "Bakı"-2012" layihəsi hələ ötən il ilk nəticələrini verməli idi. Gəl ki, bu komanda hələ nəinki böyük ola bilməyib, hətta belə gedişlə olmaq da istəmir.

"Bakı"nın dərdi var. Həm də bu dərd o qədər böyükdü ki, sağalması üçün yaxşı təbib lazımdı. 6 aydan, 1 ildən bir "həkim" çağırmaqla olan deyil, komandaya "kurs müalicə" lazımdı. Həm də yaxşı olardı ki, "zolaqlılar" klub kimi "dezinfeksiya" edilsin. Rəhbərlik səviyyəsində iş qura bilməyən, yalnız sponsorların pulunu havaya sovuran o qədər adam var ki... "Bakı" uğursuz nəticələrə klub olaraq imza atır. Yəni burada prezidentdən tutmuş ehtiyatda oturan futbolçuya qədər hamının günahı var.

Birincisi, rəhbərliyin günahlarıdı ki, heç vaxt kadr seçimini düzgün etməyiblər. Bu komanda az qala hər mövsüm bir məşqçi dəyişir. Görəsən, Azərbaycanı digər almanlar kimi yalnız pul qazanmaq yeri kimi tanıyan Vinfred Şaferi Məmmədova kim məsləhət bilmişdi? Və ya məşqçilik sahəsində kifayət qədər təcrübəsi olmayan Bülənt Korkmazı? Onların gəlişi adi reklamdan başqa bir şey deyildi. Onların vaxtında komandaya real fayda verən hansı futbolçunun adını çəkmək olar? Bu şəxslər rəhbərliyin səhv seçimi sayəsində yalnız gəlib pul qazanaraq getdi. Onu da deyim ki, paytaxt klubu hələ də Cüneyt Biçərə göstərdiyi münasibətin əvəzini ödəyir. Pis vəziyyətdə qəbul etdiyi komandanı gümüş medalçı və ölkə kubokunun sahibi edən bir şəxs məhz məşhurluğuna görə Şaferlə əvəzlənməməliydi.

İkincisi, "Bakı" məşqçi seçimini düzgün etməyib. Əcnəbi düşkünü olan rəhbərlik Aleksandr Starkovun yalnız vətənindəki uğurlarını əsas götürdü. Moskva "Spartak"ında başına gələnlərdən sonra latviyalının əslində "Skonto"da sabit və güclü heyətə görə zəfərləri sıraladığını görməliydilər. Keçmiş öz yerində, "Bakı"dakı işinə görə çoxdan ona "sssssürüş" deməliydilər. Qış fasiləsində transfer çempionu olan "zolaqlılar" Antalyadakı toplanışı və "Qarabağ"la son çempionat oyununu nəzərə alsaq, artıq 7 oyundu uduzur. Sadəcə, rəhbərlik ayılmalı və bir neçə il etibar edə biləcəyi bacarıqlı məşqçi tapmalıdı. Və bu seçimdə heç də adlı-sanlı birisi yox, məhz iş görən seçilməlidi. Belələri isə Azərbaycanda da kifayət qədərdi. Şahin Diniyev, Arif Əsədov, Yunis Hüseynov, Nazim Süleymanov indiyəqədərki işləri ilə ən azı Starkovdan zəif olmadıqlarını çoxdan göstəriblər.

Üçüncüsü, "zolaqlılar"ın lider futbolçuya ehtiyacı var. Çünki komandanın kapitan sarğısını Cəmşid Məhərrəmovun daşıdığını görəndə hər şey aydın olur. Hətta yığmaya belə çağırılmayan birinin xarakterinə görə də lider olmadığı aydındı. Belədə onun ilinə az qala yarım milyon dollar maaş alan əcnəbilər üzərində hansısa hörmətə malik olduğu hamıya aydındı. Yalnız ispan olduğu üçün alınan, əslində isə ortabab komandalarda belə möhkəmlənə bilməyən Kontreras, artıq çoxları üçün lazımsız olan latviyalılar, eləcə də Balkan və keçmiş Yuqoslaviya ölkələrindən sırf pul üçün gələn digər əcnəbilər də "Bakı"nın komanda kimi formalaşmasında heç bir rol oynamayacaq. Paytaxt klubu əsl kollektiv kimi formalaşmaq üçün mütləq ciddi şəkildə dəyişməlidi.

Ancaq Hafiz Məmmədovda ki bu səbr var...
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.