Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
18.02.2012 / 0 şərh / 1647 -dəfə baxılıb

"Nazim Süleymanovun məşqçi kimi işini görmək istəyirəm"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müsahibəsi

- Vəli Qasımovun köməkçi-məşqçi vəzifəsindən ayrılmasından sonra bu posta yerli məşqçilərdən birinin cəlb olunacağı məlum idi. Köməkçinizin kim olacağını müəyyənləşdirmisinizmi?
- Dubaydakı təlim-məşq toplanışına Nazim Süleymanov köməkçi-məşqçi kimi gedəcək. Ona fürsət vermək istəyirik ki, komanda ilə birlikdə olsun. Onun məşq prosesini, futbolçularla necə işlədiyini görmək istəyirəm. Məqsədimiz odur ki, azərbaycanlı məşqçilərə millidə də öz işlərini nümayiş etdirməyə imkan yaradaq.

- Nazim Süleymanovla yanaşı bir neçə məşqçinin də adı hallanırdı. Nəyə görə məhz Nazim Süleymanova üstünlük verdiniz?
- Bilirəm ki, Nazim keçmişdə yaxşı futbolçu olub. Bu təlim-məşq toplanışında fürsətdən istifadə edib onun məşqçi kimi işini görmək istəyirəm. Şübhəsiz, biri-birimizlə açıq söhbət etməliyik. Qarşılıqlı inam olmalıdı. Nazim Süleymanov barəsində çox müsbət fikirlər eşitmişəm, özüm də bunu görmək istəyirəm. Bu təlim-məşq toplanışından sonra bizim birlikdə işləyib-işləməyəcəyimiz məlum olacaq. Bu, hər ikimizdən asılıdı. Vəli Qasımovun isə bütün diqqətini U-19-a yönəltməsini istədik. Onun həm milli komandada köməkçi-məşqçi, həm də U-19-da baş məşqçi işləməsi bəzi çətinliklər yaradırdı.

- Açıqladığınız heyətdə bir çox gənc futbolçunun adına rast gəldik. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu təlim-məşq toplanışı ilə birlikdə yeni mərhələyə başlayırıq. Çox vacib bir hazırlıq mərhələsi olacaq. Bildiyiniz kimi, 3 yoxlama oyunu keçirəcəyik. Bizi sentyabrda İsrail yığması ilə dünya çempionatının seçmə oyunu gözləyir. Heyətə bir neçə gənc oyunçu dəvət etmişəm. Bu təlim-məşq toplanışı dünya çempionatının seçmə mərhələsi ilə yanaşı, eyni zamanda, 2016-cı ildə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Gənc oyunçular indidən təcrübə yığıb, beynəlxalq səviyyəli oyunlara hazır olmalıdırlar. Heyətdə mübarizə aparacaq gənc və ya təcrübəli futbolçulardan asılı olmayaraq, bu 3 oyunun heç birində məğlub olmaq istəmirəm. Dubaydakı hazırlıq mərhələsi futbolçular üçün tətil olmayacaq. Bir həftə ərzində üç oyun oynamalıdırlar. Bilirəm ki, bu, çox çətin olacaq. Seçmə mərhələlərdə bu cür hal ilə qarşılaşacağıq, yəni 4 gündən bir oyun keçirməli olacağıq. Gənc futbolçuların bu ritmə uyğunlaşmaları çox vacibdi. Dubaya geniş heyətlə yollanırıq. Hər bir futbolçu hazır olmalıdı. Növbəti hazırlığımız aprel ayında Bakıda olacaq. Mayın sonları – iyunun əvvəlində daha iki yoldaşlıq oyununda qüvvəmizi sınayacağıq. Sonuncu yoxlama oyunumuz avqustda Bəhreyn millisinə qarşı olacaq. Oyundan 2 gün əvvəl komanda bir araya gələcək. Artıq bununla bağlı Peşəkar Futbol Liqası ilə razılıq əldə olunub. Bununla da, DÇ-nin seçmə mərhələsinə hazırlığı başa vuracağıq. İsrail yığması ilə ev oyununda 3 xal qazanmaq istəyirik.

- Heyətə cəlb etdiyiniz oyunçuları hamısını nəzərdən keçirmək imkanınız olacaqmı?
- Qış fasiləsindən sonra futbolçuların oyun praktikası istənilən səviyyədə deyil. Əlverişsiz hava şəraiti Premyer Liqanın XIX turunun təxirə salınmasına səbəb oldu. Artıq təcrübəli futbolçuların nəyə qadir olduqlarını bilirəm. Dubayda imkan daxilində bütün futbolçulara şans verməyə çalışacağıq. Əsasən gənc oyunçulara diqqət yetirəcəyəm. Onların beynəlxalq səviyyədə keçirəcəkləri oyunlar mənim üçün maraqlıdı.

- Qarşılaşacağımız rəqiblər milli komandanın strategiyasına nə dərəcədə uyğundu?
- İsrail millisi Portuqaliya və Rusiya yığmasından sonra qrupumuzda 3-cü güclü komandadadı. Onlar sürətli futbol nümayiş etdirmirlər. Əsasən ayağa qısa ötürmələrə üstünlük verirlər. Dubaydakı təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağımız rəqiblər İsrail yığmasının üslubuna oxşar oyun nümayiş etdirən komandalardı. Şübhəsiz, bu aylarda güclü rəqiblərlə, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış komandalarla oynamaq çətindi. Çünki onların öz hazırlıq planları var. Daha güclü komandalara qarşı oynamaq istərdik. Ancaq qarşılaşacağımız rəqiblər dünya reytinqində bizdən heç də uzaq deyillər.

- Fevralın 29-da U-21 Bakıda İslandiya yığması ilə qarşılaşacaq. Heyətə cəlb etdiyiniz futbolçulardan hansınınsa U-21-in heyətində çıxış etmək ehtimalı varmı?
- İstəyirəm ki, bizimlə Dubaya gedən futbolçular fikirlərini ancaq milli komandaya yönəltsinlər. Bizim heyətdən U-21-in düşərgəsinə gedən olmayacaq. Araz Abdullayevlə Amit Quluzadə U-21-in hazırlığında iştirak edəcəklər.

- Bu toplanışda Premyer Liqa klublarının məşqçiləri də iştirak edəcək. Məşqçilərin toplanışda iştirakına necə baxırsınız? Qarşılıqlı fikir mübadiləsi aparacaqsınızmı?
- Daha əvvəl də bu cür sualla qarşılaşmışam. Beynəlxalq səviyyədə klub məşqçiləri milli komandanın təlim-məşq toplanışını izləyirlər. Məşqçilər milli komandada çıxış edən futbolçusuna qarşı münasibətin hansı səviyyədə olduğunu görür, hazırlığın necə getdiyini izləyirlər. İstəyirəm ki, Premyer Liqa klublarının məşqçiləri ilə birlikdə İngiltərə və Almaniya klublarının məşqlərində iştirak edək. Bu, məşqçilər üçün vacibdi. Hər bir məşqçi öz qarşısına məqsəd, tələb qoymalıdı. O məşqçi ki öz üzərində işləmir, nəsə öyrənmək istəmir, məncə, bugünkü dövrdə çətin özünə iş tapa bilər. Misal üçün, mən Bundesliqa oyunları zamanı stadiona bir qədər tez gedib komandaların oyun öncəsi hazırlığına diqqət yetirirəm. Klubların məşqlərini izləyirəm, sual verirəm, maraqlanıram. Bu baxımdan Premyer Liqa klublarının məşqçiləri Dubaydakı toplanışda iştirak etsələr, özləri üçün nəsə öyrənə bilərlər. Bəlkə qarşılıqlı olaraq mən də nəsə öyrəndim. Müzakirə zamanı mütləq yeni nəsə aşkara çıxır. Bizim işdə bu normal prosesdi. Şübhəsiz, onlarla orada söhbət aparacağam. Biri-birimizlə açıq münasibət qurmalıyıq. Ümid edirəm ki, orada danışacaqlarımız öz aramızda qalacaq, ictimaiyyətə açıqlanmayacaq. Eyni zamanda, onların hər bir sualına cavab verməyə hazıram.

- Bəzən futbolçuların milli komandada həddən çox yüklənməsi fikirləri səslənir...
- Bizim məşq proqramımız beynəlxalq səviyyədə peşəkar futbolçu üçün tərtib edilib. Əgər futbolçular milli komandanın təlim-məşq toplanışından sonra yorğun olduqlarını deyirlərsə, bu, o deməkdi ki, onlar əvvəl yaxşı məşq etməyiblər. Hər il tibbi testdən keçirik. Oyunçuların göstəricilərinə görə məşq prosesi qurulur. Misal üçün, Bakıdakı 4 günlük təlim-məşq toplanışında texnika və taktika üzərində çalışırıq. Məşq ərzində cəmi bir dəfə dözümlülük qaçışı verirəm. Bu da həmişə olmur. 65 yaşımda mən də verdiyim tapşırıqdakı qədər qaça bilirəm. Əgər futbolçu həmin 4 günlük təlim-məşq toplanışından sonra klubuna yorğunluqla bağlı şikayət edirsə, deməli, həmin oyunçu əvvəl öz üzərində az işləyib, lazımı qədər məşq etməyib. Ona görə biz məşqçilər həmişə futbolçudan tələb etməliyik.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.