Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
18.02.2012 / 1 şərh / 2096 -dəfə baxılıb

Lənkəranın "Çelsi"si (Yazı)

 Rendal Brenesin son klubu “Kartexena”nın prezidenti yaxınlarda verdiyi müsahibələrinin birində, futboçularına elçi düşən “Xəzər Lənkəran”ı “Qafqazın “Çelsi”si adlandırıb. Aydın görünür ki, uzaq Kosta-Rikadan olan klub rəsmisi Azərbaycan futbolunda baş verənləri yaxından izləmir. Yaxud təqvimində 2012-ci deyil, köhnə illərdi. Axı “Xəzər” bu qeyri-rəsmi adı, özünəməxsus statusu çoxdan itirib. “Qafaqazın Çelsi”si adlandırılmağa “Anji” daha layiqlidi. Mahaçqala klubunun büdcəsi, ambisiyaları, qarşısına qoyduğu məqsədlər bu ada uyğundu.

Məsələ heç də Süleyman Kərimovun Mübariz Mənsimovdan zəngin olmasında, “Anji”nin Azərbaycan deyil, Rusiya Premyer Liqasında çıxış etməsində deyil.
Sadəcə “Xəzər” 2004-cü ildə yaradılarkən qarşıya qoyulan hədəflərdən çox uzaqlaşıb. “Palmali”nin şefinin futboldan sanki əli soyuyub. Ötən zaman ərzində o, büdcəni ilbəil artırsa da, sonda bunun heç bir halda fayda vermədiyinə əmin olub. Klubu tapşırdığı insanların yarıtmaz fəaliyyətindən təngə gələrək, çarəni daha büdcənin boş yerə şişirməməkdə görüb. İllər keçdikcə ayrılan sərmayənin nəticəsiz qaldığına əmin olan Mübariz bəy, daha “Xəzər”lə bağlı əvvəlki “Napoleon planlarını” qurmur. Bu klubun Avropanı fəth edəcəyinə inamı qalmayıb, acı reallıqla barışıb.

Heç vaxt qitə səhnəsində mərhələ adlaya bilməyən klub, daxili arenada da potensialına uyğun çıxış edə bilməyib. Cəmi bir dəfə qızıl medallara qovuşub. Əlbəttə, belə səxavətli sponsoru olan klub üçün bu zəif təsəllidi.

Klubu idarə edənlər isə komandanın sahibini yaxşı mənada təəccübləndirmək, uğurlu nəticələrlə əvvəlki həvəsi yaratmaq qabiliyyətindən uzaqdı.

Dağıstan kimi terror aktlarının cəngindən qurtula bilməyən, qeyri-stabil, kasıb bir bölgədə “Anji” layihəsini müvəffəqiyətlə həyata keçirən Süleyman Kərimovdan fərqli, Mübariz Mənsimov klubunu peşəkarlar kadrlara, bu işin ustalarına deyil, futboldan uzaq qohum-əqrabasına tapşırıb. Və hələ də bunun acısını çəkir. Qardaş faktoru onu “Xəzər”lə bağlı arzularınının üzərindən xətt çəkməsinə səbəb olub.

Hər halda nə Abramoviçin, nə də Kərimovun klubunda qardaşına, dayığluna, əmioğluna, xalaoğluna və ya hər hansı bir başqa yaxın qohumuna vəzifə, səlahiyyət verdiyininin nə şahidi olmuşuq, nə də bu barədə eşitmişik.

Etiraf etmək acı olsa da, gerçəklik belədi - bu gün “Xəzər Lənkəran”ın iddiası Azərbaycanı aşmır. Bu idarəçiliklə, bu heyətlə, bu kadr seçimiylə Biləcəridən o tərəfə çıxmaq mümkün şey deyil.

İnsaf naminə maliyyə imkanları yenə yaxşıdı, amma daha hədəflər həminki deyil. Artıq komandaya Rumıniyanın sayılıb-seçilən çalışdırıcılarından biri yox, vətəni Türkiyədə belə az adamın adını eşitdiyi məşqçi rəhbərlik edir. “Qəbələ” və “Sumqayıt” kimi lənkəranlılar da ciddi mütəxəssislə əməkdaşlıqda maraqlı olmadı, ölkəsinin bədən tərbiyəsi müəlliminə komandanı tapşırdı.

Doğurdan da qardaş ölkədə Cüneyt Biçər adlı məşqçinin kimliyini bilən az adam tapılar. Bu məşqçinin karyerasının zirvəsi müvəqqəti olaraq “Bakı”nın baş məşqçi səlahiyyətlərini icra etmək olub. Vətənində isə onun kimiləri birinci liqa klubunda belə bir mövsüm duruş gətirə bilmir. Qarşısına elə bir məqsəd qoyulmayan “Altay”dan qovulması da bunu təsdiqləyir. Azərbaycanda gələn təkliflər olmasa, belələri vətənində illərlə işsiz qalır. Heç kəsin yadına düşmür. Çünki onların xidmətinə ehtiyac duyulmur. Bacarıqlarına və faydalarına inanan olmur.

Təəssüf ki, Azərbaycan və o cümlədən məhz “Xəzər Lənkəran”, ölkəsində heç kim olanların, asan gəlir mənbəyi, daimi iş yerinə çevrilib. Bu adamlarla nəyə nail olmaq mümkündü? Abramoviçin “Çelsi”sində belə yanlış kadr siyasəti müşahidə edilirmi, orada təsadüfi şəxslərə rast gəlinirmi? Əsla!

Transferlərdə daha əvvəlki çapda deyil. Bu gün Lənkərana Oktay Dərəlioğlu, Ahmet Dursun, Uinston Parkslar gəlmir. Azərbaycan futbolunun “qaymaqlarını” heyətinə qatmaqda “ağ-yaşıllar” üçün müşkül məsələyə çevrilib.

İndi biz hansı “Çelsi”dən danışırıq? Bunun harası oldu, “Çelsi”? Bu komanda “Qafqazın “Çelsi”si ola bilmədi, olsa-olsa Lənkəran bölgəsi səviyyəsində “Çelsi” oldu.

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

  • Osturaqçı pulun var. sən də komanda saxla. Pulun yoxdursa komanda saxlayanların ...... yemə. 2004 - cü ilə qədər olan vəziyyəti yadına sal (əgər yaşın çatırsa). Azərbaycan çempionatının əsəs hegemonu XL - dir. Bunu unutma. Pulun yoxsa müraciət et, sənə də bir tikə verərlər. Sənin kimilər belə məqalələri özlərini gözə soxmaq üçün yazırlar. Yüngülvari xərclik alandam sonra sən dilini bir yerinə soxarsan. Neftçi, Qarabağ, Xəzər, Qəbələ, İnter futbolumuza lazımdır. Hansı Çelsidir, hansı Real, hansı Barselona o bizə qalmayıb. Onlar bizim komandalardaır. Onları başqa adla adlandırmaq lazım deyil. Xəzərdən artıq büdcəsi olan komanda çempionatımızda az deyil.

    NAZIM (nazim) / 19.02.2012 01:44 /

  • Şərh qoymaq üçün siz qeydiyyatı keçməlisiniz,
    və yaxud daxil olmalısınız

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.