Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
18.02.2012 / 0 şərh / 1656 -dəfə baxılıb

"Başqalarının "İnter" haqda nə fikirləşməsi, nə deməsi məni maraqlandırmır" (Müsahibə)

«İnter»də dördüncü mövsümünü keçirən Petar Zlatinovun statusu dəyişib. «Bankirlər»lə 2 çempionluq yaşayan bolqar legionerə Kaxaber Tsxadadzenin baxışı dəyişkəndi. Gürcü baş məşqçi əsas heyətdə yerdəyişmə və əvəzləmələri rəqiblərə uyğun edir. Komandada bir dönəm kapitan sarğısı daşıyan yarımmüdafiəçi həmişəki kimi «əsas silah» mənbəyi deyil. Tsxadadze balkanlı legioneri bəzən ehtiyatda oturzdurur, meydana çıxanda da mövqeyini dəyişir. Adətən, hücuma dəstək verən Petarı çalışdırıcı fərqli ampluada oynadır. Amma yenə narazıdı. Kaxanın ikinci dövrə üçün onun yerinə namizəd axtarışına çıxmasını öz dilindən eşitmişik. Antalyada düşərgəyə bir neçəsi gəlsə də, bəyənilmədi. Hər şeyə rəğmən, demək çətindi ki, gürcüstanlı mütəxəssisin fikri dəyişib. Bolqarın fizikit cəhətdən «ağır» olması və yaşlanması onu qayğılandırır. Zlatinov də gözləyir. Klubdan müqaviləni uzatmaq təklifi almayan orta sahə oyunçusu ikinci yarını boşa vermək və bununla da «qara siyahı»da qalmaq istəmir.

- Çempionata hazırsan?
- Toplanış əla keçdi, zədəsiz qayıtdm. Gərgin məşqlərlə yanaşı, güclü rəqiblərlə yoxlama oyunlarında qüvvəmizi sınadıq. Bəzən istədiyimiz oyun alınmasa da, bəzən hər şey bizim üçün yaxşı oldu. Hazırlıqdan sonra komandada hər şey yüksək səviyyədi.

- İlk dövrədə «İnter» inamlı çıxış etdi. Fasilədən sonra həmin oyunu göstərməyə gücünüz çatacaq?
- Vəziyyətimiz indi yaxşıdı. Yenə də 100 faiz hazır olduğumuzu demirəm. Uzun müddətdi məğlubiyyətsiz irəliləyirik. Bu seriyanı davam etdirmək özünəinamı artıracaq.

- Səncə, komandanın hansı mövqelərində çatışmazlıqlar qalmaqdadı?
- Bu, mənə aid sual deyil. Əla komandamız var. Hər oyuna maksimum nəticə əldə etmək üçün çıxırıq. Çatışmazlıqlardan baş məşqçimiz daha ətraflı məlumatlıdı.

- «İnter» çox az qol vurur və çox az top buraxır. Bu, qarşınıza qoyulan vəzifədi?
- Əlbəttə, belə deyil. Hansı məşqçi komandasının az qol vurmasını istəyər? «İnter» müdafiədə etibarlı oyuna üstünlük verir. Hücumda isə ələ düşən vəziyyətlərdən maksimum istifadə edib, qələbə qazanmağa çalışırıq. Birinci dövrədə bu işi uğurla yerinə yetirirdik. Hərdən isə alınmır. Məncə, biz öz oyunumuzu nümayiş etdirsək, qollar gələcək.

- Gəldiyin ilk vaxtlarda, eləcə də ötən mövsüm daha çox hücumun arxasında yer alırdın. Oyunun da pis getmirdi. Bu sezondan isə müdafiə planında çıxış edirsən. Sənə belə oynamaq rahatdı?
- Mən məşqçinin tapşırıqlarını yerinə yetirirəm. Kaxaber Tsxadadze harda məsləhət bilirsə, həmin mövqedə də komandaya fayda verməyə çalışıram. Özümə mövqe seçə bilmərəm. Taktikadan asılı olaraq, hücumçuların arxasında və ya yarımmüdafiənin cinahlarında oynayıram. Dayaq yarımmüdafiəçisi mövqeyinə gəlincə, burda da öz işimin öhdəsindən lazımınca gəlməyə çalışıram. Məncə, hələlik pis alınmır, komandamız uğurlu nəticələr qazanır. Bəzən uğur üçün sadəcə qol çatışmır. Qol vurmaq üçün də müəyyən qədər bəxtimiz gətirməlidi. Bu temdpə də davam etmək lazımdı. Onda hər şey yaxşı olacaq.

- Mövsümün əvvəlində çoxları «İnter»dən belə nəticə gözləməsə də, liderlər qrupunda yer almısız. Çempionatın sonunda hansı nəticə sizi sevindirəcək?
- Mövsümün sonunda birinci olacağımıza ümidimi itirmirəm. Başqalarının «İnter» haqda nə fikirləşməsi, nə deməsi məni maraqlandırmır. Komandamız yaxşı oyun göstərib, uğurlu nəticələr qazanır. Çempionluq uğrunda mübarizə apara bilməyəcəyini deyirlərsə, yanılırlar. Heç bir arxayınlıqdan söhbət gedə bilməz. Çünki buna yol vermək də olmaz. İlk «altılıq»da yerimizi təmin etməyimiz heç nə demək deyil. Onsuz da qalan oyunlarda da qazanacağımız xallar gələcəkdə bizə çox lazım olacaq. Qarşımızda çempionluq hədəfi durur. Hər oyunda qələbə qazanmağa borcluyuq. “Neftçi” hazırda birinci pillədə gedir. Əla, balanslaşmış heyət öz işini yaxşı görür. Biz onların son turda AZAL-ı necə böyük hesabla yendiklərini də gördük. Amma nə AZAL-n, nə də “Xəzər Lənkəran”ın aqibətini yaşadıq. Kimə qarşı oynayacağımızı yaxşı bilirik. Məncə, onların uğurunun əsas sirri heyətin uzun müddət bir yerdə çıxış etməsidi. Artıq iki ildi bu komanda yaxşıca formalaşıb. “Xəzər Lənkəran” da izləyicilərindən 7 xal öndəydi. İndi görün, hardadılar? Əsas qalibin adı mayda bilinəcək ki, o vaxta da hələ çox qalır.

- Qış fasiləsi ərəfəsində baş məşqçiniz mövqeyinə yeni namizəd axtardığını deyib. Bunu necə qarşıladın?
- Bu sualı özünə versəz, yaxşı olar. Yeni futbolçular gəlsə, ümidvaram ki, özlərini yaxşı tərəfdən göstərməyi bacaracaqlar. Eyni zamanda komandaya çempionat oyunlarında kömək edəcəklərinə də inanıram. Amma kiminsə gəlib-etməsi sırf baş məşqçidən asılı olan məsələdi. O, kimi gətirmək istəyirsə, qoy, gəlsin. Bu üzdən də mənim hansısa mövqeyə oyunçu lazım olub-olmadığına dair fikir söyləməyim düz çıxmaz.

- Klubla müqavilən yayda bitəcək. Hələ qalırsan?
- Qalmaq istərdim. Neçə ildi ki, «İnter»də çıxış edirəm. İki dəfə çempionluq sevinci yaşamışam, yenə o həvəsdəyəm.

- Yeni müqavilə təklif ediblər?
- Hələ yox. Hazırda bunun üçün münasib vaxt deyil. Qarşıda vaxt var, gözləyirəm.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.