Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
18.02.2012 / 0 şərh / 1790 -dəfə baxılıb

Butulka eşqi (Yazı)

 Xırdalandan tutmuş NZS-dək, Tovuzdan tutmuş Göyçayadək ölkədə butulka qıtlığı yaranıb. Pivə, şərab, konyak, araq istehsalçıları məətəl qalıb. İstehlakçıların butulkanı necə qəhətə çəkdiklərini anlaya bilmirlər. Bilmirlər ki, nə etsinlər, başlarına nə çarə qırsınlar?

Ölkə əhalisinin hamısı olmasa da, bir qismi butulkanı sevirlər. Önünə butulka qoyub, çappa qaldıranlar, rumkanı butulka ilə döyüşdürənlərin sayı günbəgün artmaqdadı. Artımın qarşısını almağa cəhd göstərənlər, çarəsiz qalıblar. İmkansızın altına girmək ağılsızlıqdı.

Bizim futbol ictimaiyyətinin də butulkaya eşqi bitməz-tükənməzdi. Müxtəlif məqsədlər üçün onun xidmətindən yararlanırlar. Kimisi tilsim vasitəsi kimi meydançalara basdırır, kimisi isə ona sarılıb, mürgüləyir. Maraqlıdı ki, butulka eşqi ilə alışıb-yananların əksəriyyəti məşqçi tayfasıdı. Özünü seyid elan edib, onun xidmətindən yararlananları da var, hansı dinə qulluq etdiyini bilmədən, onun altına girənlər də. Qəribədi bizim Azərbaycan futbolu.

Milli komanda çalışdıranı da var “alkaşlıq” edənin, klub komandası çalışdıranı da. Özlərini dərk edə bilmədiklərindəndi ki, araq butulkasına bugünlərini və sabahlarını qurban verirlər. Bu yerdə rəhmətlik Ruslan Abdullayevin məşhur “Eşşəyi aya uçursan, Qaqarin olası deyil” kəlamı yadıma düşür. Atalar sözü olmasa da, tarixə iz salan kəlamdı. İndi qardaşım, uzunqulağa komanda həvalə etsən, irqini, fəsiləsini itirəsi deyil. Gec-tez ya şıllaqlayacaq, ya da anqıracaq.

Yaxşı xatırlayıram, bir neçə il öncə Ağasəlim Mircavadovun cənub bölgəsində butulka qoymadığını, Lənkəran şəhər stadionunun məhv ağanın basırdığı butulkalara görə drenaj sisteminin pozulduğu iddia edilmişdi. Məətəl qalmışdım. Sonrakı dönəmlərdə çıxan məlumatlar Mircavadovun bu sahədə şükürlü olduğunu isbatladı. Sən demə, bəzi həmkarları butulkanın içindəkini başına çəkir, ardınca gizlətmək üçün ora-bura vurnuxurlarmış. Dəyərdimi?

Vəli Qasımovun, Vladislav Qədirovun və başqalarının ara-sıra içkinin “dozası”nı yoxlamaları haqda da şaiyyələr dolaşmaqdadı. İnanmıram. Ola bilməz! Axı onların hər ikisi də içkinin zərərlərini anlayırlar. Axı onların hər ikisi də içkinin karyeralarına vuracağı zərbədən xəbərdardılar. Bunu bilə-bilə onların səhv addım ata biləcəkləri ağılabatan deyil.

Bəli, Azərbaycan Respublikasının sərhədləri daxilində namaz qılıb, həccə gedib, sərxoşluq edənləri çox görmüşəm. Hətta axundluq edib, araq içənlər də var. Onları nə üçün belə etdikləri zərrə qədər bəndəniz üçün maraqlı deyil. Olmayıb, olmayacaq da. Çünki özləri cavab verəcəklər.

Ölkə futbolunda da spirtli içki qəbul edən şəxslər kifayət qədərdi. Heç birini qınamıram, qınaya da bilmərəm. Hər bir şeyi yerli yerində edən kəslərə nəyisə irad tutmaq olmaz. İşdən kənarda hər kəs sərbəstdi və həyatlarını özləri müəyyənləşdirirlər. Amma kimsə butulkanı işinə də gətirirsə, onun zibilinə düşüb, işi unudursa, o zaman vəziyyət tam fərqlidi. İçindəki butulka sevgisini boğa bilməyən, onu futbolun, futbolu da onun içinə soxmağa çalışan şəxslərə cəmiyyət arasında yer yoxdu.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.