Rəylər
- 18.02.2012 / 0 şərh / 1918 -dəfə baxılıb
Hakimlər Komitəsinin "vuran əli", «danışan dili», kəsə desəm, «döyünən ürəyi» Elçin Məmmədov müsahibəsində bizi inandırmağa çalışır ki, Antalyada keçirilən 2 həftəlik təlim-məşq toplanışı bu sahədəki ciddi nöqsanları aradan yox edəcək.
- Məncə, bu toplanışdan sonra hakimlərin səhvləri minimuma enəcək. Bu, çox xeyirli hazırlıq oldu.
- Hər mövsümün əvvəlində və ortasında onsuz da belə toplanışlar keçirilir. Əvəzində səhvlər durmadan artır. Budəfəki hazırlığın səmərəli olacağını hardan bilirsən?
- Özümə hər toplanışın xeyiri var. Meydançada bunu göstərməyə çalışıram. Son hazırlığın yaxşı keçdiyini hər bir baxımdan bunu qeyd edə bilərəm. Hakimlərin biliklərinin artırılması üçün kitablar tərcümə olunub və paylanıb. Onların nəzəri və praktiki təcrübəsini çoxaltmaq üçün xeyli iş görüldü Antalyada.
- Hakimlərimiz Türkiyədə kifayət sayda yoxlama görüşlərini idarə etdilər. Tanınmış klubların iştirakı ilə keçirilən bu görüşlərdə ciddi səhvlər olmadı. Amma…
- Bununla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla müzakirələr aparırıq. Yoxlama oyunlarında hakimlərimizin ciddi səhvlər olmadı. Əksər hakimlərimiz cavandılar, onların bu təcrübəyə ehtiyacları var.
- Xaqani Məmmədov açıqlamasında hakimlərə kənar təzyiqlərin olduğunu etiraf edib.
- Özümə görə danışa bilərəm. Mənə nə təzyiq olub, nə də ola bilər. Çıxıb hakimliyimi edirəm.
- Bəs komitə sədrinə «mənə təzyiqlər var» deyə, şikayətlənən kimlərdi? O, bu sözü havadan deyib?
- Xaqani Məmmədov elə deməyib. O, bu sözləri deyərkən, yanında olmuşam. Xaqani müəllim hakimlərə psixoloji təzyiqlər olduğunu bildirib. Bunu da normal qarşılamaq lazımdı. Əksər hakimlərimiz gənc olduğundan, onların psixologiyası tam formalaşmayıb. «Böyük beşlik» çempionatlarına baxın, orda əsasən yaşı 33-dən yuxarı hakimlər idarəçilik edirlər. Səbəb onların psxoloji cəhətdən hazırlıqlı olmalarıdı.
- Mən komitə sədrinin müsahibəsi ilə tanışam. Orda kənar təzyiqlərdən danışıb.
- Yox, o, psixoloji təzyiqləri nəzərdə tutub, başqa cür yazıblar. Nəsə maraqlı şey yazmaq üçün. Bu, toplanışda gedən söhbətlərdən idi. Antalyala hamı bizim cavanları tərifləyirdi. Bəs niyə Azərbaycan çempionatında səhvlər olur? Bu psixoloji amildən gələn səbəbdi.
- Çempionatdakı səhvlər sırf qərəzdi. Sən isə düşünürsən ki, bu, bilavastə psixoloji baryerlə bağlıdı?
- Heç bir hakim qərəzli idarəçilik etməz.
- Necə olur ki, «Neftçi»nin oyunlarında hakimlər yalnız onları lehinə səhvlər edirlər?
- Bu, çox səhv fikirdi. Mən özümdən danışa bilərəm. «Neftçi» idarə etdiyim oyunların yalnız birində qələbə qazanıb. O da «Bakı»yla. Bahodir Nasimovun yıxıldığı epizodu hamı penalti kimi qələmə verirdi, amma mən vəziyyəti düzgün görmüşdüm. Ona görə də penalti təyin etmədim. Sonradan bu da təsdiqləndi ki, mən düzəm. Həmin qarşılaşmada bu mövsüm ən ciddi səhvimə yol vermişdim. «Neftçi»nin əleyhinə. Çünki Novruz Məmmədovun Flavinyoya qarşı kobudluğuna görə «Bakı»nın qapısına penalti təyin etməliydim. Onların müdafiəçisi cərimə meydançasında Flavinyonun ayağına yandan zərbə endirsə də, gözümdən yayındı.
- Söhbət yalnız səndən getmir. Hakimlərin bir çoxu «Neftçi»yə xoş gəlmək üçün digər komandaları qurban verirlər. Statistik göstəricilər bunu göstərir. Mənimlə razılaşmırsan?
- Mən ad çəkmirəm, özümdən danışıram. Bütün klublar mənim üçün eynidi. Çıxdığım oyunlarda kim güclüdü , o da qalib gəlsin. Statistikadan danışırıqsa, idarə etdiyim oyunlarda «Neftçi» qalib gəlmir.
- Antalyada hakimlərə sən nəzarət etmisən. Onların yerinə söz verə bilərsən ki, yenə «Neftçi»yə yaltaqlanmayacaqlar?
- Gəlin, «Neftçi»dən danışmayaq. Hər bir hakim makismum güc sərf edir ki, səhv etməsin. Antalyada ciddi hazırlaşmışıq. Səhvlər az olacaq.
- Mövsümün ikinci hissəsində bir daha hakim döyülməyəcəyinə əminsən?
- Cavan hakimi döymək kişiyə yaraşan iş deyil. Tovuzdakı oyundan danışırsızsa, hər şey qanun çərçivəsində həll olunub.
- Qəbələdə baş verənlərə nə deyirsiz?
- Qəbələdəki oyunda hakim səhvi varydı, bunu etiraf edirik. Ramil Diniyev də öz cəzasını aldı. Amma bu, orda hakimi döyməyə əsas vermirdi. Sağ olsun «Qəbələ»nin rəhbərliyi və futbolçuları, özləri irəli duraraq, əsəbi azarkeşlərin qarşısını aldılar.
- Diniyev soyunub-geyinmə otağında döyulub. Necə ola bilər ki, xəbərin yoxdu bundan?
- Məlumatım yoxdu. Televiziyada gördüyüm epizodlara əsasən danışıram.
- «Altılıq» mərhələsində biz hakimlərin hansı sifətini görəciyik?
- Ədalətli hakimlik görəcəksiz.
- Bəzi iblislərin insan cildinə girib meydana çıxmasına nə ad verək?
- Bəsdi də… İblis hakimlər… Yox bir, şeytan hakimlər…
- Düz demirəm?
- Bəsdi də…
- Bu cildə girib, ikiüzlülük edənlərə nə ad verim?
- Bəsdi də, olmadı ki…