Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
19.02.2012 / 0 şərh / 1798 -dəfə baxılıb

Böyükağa Hacıyev: Gəlmə məşqçilərə isti baxa bilmirəm (Müsahibə)

"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyevin müsahibəsi

- Böyükağa müəllim, əvvəlcə “Sumqayıt” – “Neftçi” oyunu ilə bağlı fikirlərinizi öyrənmək istərdik...
- Əvvəllcədən də bilirdik ki, çox maraqlı bir oyunun şahidi olacayıq. Birinci dövrədə gördüyümüz "Sumqayıt" komandasından əsər əlamət yoxdur. Məşqçi işi göz qabağndadır. Hamısı cavan uşaqlardı, əzmkarlıq var, istək var. Sadəcə bu gün "Sumqayıt" komandasının "Neftçi" ilə oynamağa təcrübəsi çatmadı. Məsələn, təhlükəli əks hücumlarda bizi tuta bilərdilər, ancaq hansısa nüanslarda çatışmamazlıq buna mane oldu. Baxmayaraq ki, bu gün qələbə qazandıq, ancaq mən deyərdim, "Sumqayıt" çox komandalara başağrısı olacaq. Ordakı həmkarıma da uğurlar arzulayıram və arzulayıram ki, Sumqayıt klubu tezliklə hazırda qərarlaşdığı mövqeydən çıxsın və daha yüksək yerlərə qalxsın. Çünki bu komanda hazırda qərarlaşdığı yerə layiq deyil.


- Həmişə öz müsahibələrinizdə Fərid Quliyevi tərifləyirsiniz və onu Azərbaycanın ən yaxşı hücumçularından hesab edirsiniz. Ancaq bu gün nədənsə meydançaya buraxmadınız. Bunun səbəbi nə idi?
- Bilirsiniz necədir, Fərid Quliyevi hamımız tanıyırıq. Amma Elşən Abdullayev Azərbaycanın futbol bazarına təzə gəlib. Gördüyünüz kimi, mən onu meydançaya buraxdım. Perspektivli futbolçudur və inanıram ki, yaxın gələcəkdə Azərbaycan futbolunda öz sözünü deyəcək. Daha sonra isə Cavid İmamverdiyevə də oynamaq şansı verdim. Bundan başqa, istəyirəm ki, Bahodir Nasimov məsuldar hücumçular sırasında öz yerini möhkəmləndirsin. Hələ çempionat yenicə başlayıb, bütün oyunlar irəlidədir. Fərid də öz növbəsində oynayacaq. Bir də ki, mənim üçün fərq eləmir Fərid oynasın, yaxud Bahodir, yaxud bir başqası. Mənim üçün lazım olan odur ki, qol vuran hücumçu oynasın.

- Qış fasiləsi zamanı hücumçu transfer etmədiniz və hazırda əlinizdə iki nominal hücumçu var. Son günlər isə Samir Əliyevi heyətinizə qatmısınız. Onunla müqavilə bağlamaq fikriniz varmı?
- Samir Əliyev Azərbaycanın ən güclü futbolçularından biridir və onun oynadığı futbolou yəqin ki hər kəs xatırlayır. Biz sadəcə istəyirik ki, o, karyerasını "Neftçi"də bitirsin. Başa düşdünüz nə demək istədiyimi?

- Bu müddət olsun yaya kimi. Ancaq avrokuboklara vəsiqə qazansanız istənilən halda sizn güclü bir hücumçuya ehtiyacınız olacaq?
- Əlbəttə, avrokuboklarda oynayası olsaq bizə bir yox, bir neçə hücumçu lazım olacaq. Ancaq mən qışda transfer etməyi məqsədyönlü saymıram. Çünki istədiyin futbolçunu Azərbaycana gətirə bilmirsən. Həm də komandaya tez-tez yeni transferlər etmək heç də çıxış yolu deyil. Məsələn, "Bakı" bu qış xeyli trsnafer elədi. Ancaq çıxdı "Qarabağ"a 0:3 uduzdu. Biz çalışırıq daha çox yerli gənclərə şans verək. Qeyd etdiyim kimi, bu gün 1995-ci il təvəllüdlü Elşən Abdullayevi oynatdıq, sabah onun həmyaşıdı olan başqa bir gənc futbolçunu oynadacayıq.

- Nəyə görə, Berti Foqtsun təklifi ilə Dubaya getmədiniz?
- Əvvəla mən məşqçiyəm, turist ola bilmərəm. Mən durub sutkalığın, nə bilim nəyinsə xatirinə illərlə yığdığım adı, imici xərcləyə bilmərəm.

- O zaman belə çıxır ki, məsələn Bernard Raab Dubaya turist kimi gedir...?
- Ola bilsin ki, o onun kəndçisidir ona görə gedir (gülür). Bir də ki, siz mənim yerimə olsanız gedərsiniz?

- Mətbuatda “Bakı” haqqında dediyiniz fikirlər də söz-söhbətə səbəb oldu. Konkret demişdiniz ki, “Bakı” zəif komandadır. Bu fikrinizə qarşı tərəfdən də reaksiya gəldi...
- Xeyr, bilirsiniz onlardan Aleksandr Şoliç demişdi ki, bizim çempionatda bir oyunumuz var, o da "Neftçi"yə qarşı. Mən də buna cavab olaraq, konkret dedim ki, onlar "Neftçi"ni udmaq üçün gərək gecəli gündüzlü məşq eliyələr. Mən Antalyada turnirdə oynayıram, "Poloniya"nı uduram görürəm Starkov arxa da oturub özü üçün not götürür, "Paxtakor"u uduram görürəm not götürür. "Terek"i uduram, hesab 2:0-dı görürəm durub qaçmaq istəyir, deyirəm "brat podajdi" (yenə gülür), bu hələ anonsdur, film qabaqdadır". Bilirsiniz, ordakılar mənim qardaşlarımdı, yaxın insanlardı. Sadəcə, mən gəlmə məşqçilərə isti baxa bilmirəm.

- Səsiniz hələ də düzəlməyib. Maraqlıdır, müalicəniz necə gedir və həkimlər nə deyirlər?
- Hazırda müalicəmi davam etdirirəm, hər səhər toka gedirəm. Hələ bu müalicə bir müddət də davam edəcək. Yəqin ki, martın sonuna kimi səsim tam açılacaq.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.