Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
20.02.2012 / 0 şərh / 3306 -dəfə baxılıb

Mübariz Mənsimovun doğma balasına ögey münasibəti nədən irəli gəlir? (Yazı)

“Xəzər Lənkəran” azarkeşləri sevimli klublarının gələcəyi illə bağlı xoş illüziyalar qururlar. Son illərdə alınan nəticələrdən, klubun prezidenti Mais Mənsimovdan, digər rəsmilərdən narazı qalsalar da, əsas şefin səxavətinə, iddiasına və bacarığına ürəkdən inanırlar. “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun gec-tez Lənkəranın qürurunu arzulanan zirvələrə daşıyacağına ümid edirlər. Mübariz bəyin dəstəyi və qayğısı sayəsində bir gün komandalarını Çempionlar Liqasının qrup mərhələsində izləyəcəklərini deyirlər...Daha fikirləşmirlər ki, klubun yaradıcısı və havadarı “Xəzər”ə onlar qədər bağlı deyil, önəm vermir. Onun böyük planlarında futbol klubu var, amma adı və məkanı başqadı!

Mübariz Mənsimov üçün “Xəzər” əhəmiyyətini çoxdan itirib. Bəlkə də klub təzə yarananda, müəyyən hədələri var idi. Amma Azərbaycan şəraitində arzuladığı komandanı ortaya çıxarmağın müşkül məsələ olduğun dərk edəndən sonra, daha bu işə dırnağarası baxır. İndi “Xəzər”, “Palmali”nin şefi üçün bəlkə də heç 10-cu dərəcəli belə iş deyil.

Bəs onu bu klubu yaşatmağa vadar edən nədir?

Tez-tez belə fikrə rast gəlirik ki, Mübariz bəy, guya təmənnasız şəkildə, futbola dövlət büdcəsindən deyil, öz cibindən sərmayə ayıran yeganə klub sahibidi. Amma məsələnin mahiyyətinə varsaq, əslində bunun belə olmadığı üzə çıxar. Onun kənardan heç də hər milyarderin yaxın düşə bilmədiyi ölkə bazarında ciddi biznes maraqları var. Süd məhsullarından tutmuş, konservlərə qədər bir çox sahələrdə şirkətləri Azərbaycana ayaq açmağa çalışır. Ən əsası: “Palmali”nin dünya nəhəngləri sırasına qatan əsas amillərdən biri də məhz Azərbaycan neftidi. Məhz Mənsimovun şirkətinə Dövlət Neft Şirkətinin ixrac etdiyi məhsulu daşımaq hüququ verilib. O, hər il bundan milyonlarla ölçülən gəlir əldə edir.

Əlbəttə, bütün bunlar Mübariz bəyin, qara göz-qaşına görə edilmir. Onun da üzərinə götürdüyü müəyyən öhdəliklər var. Məsələn, bölgədə futbol klubu saxlamaq, idmanın inkişafında birbaşa maraqlı olan hökümətimiz qarşısında nüfuzünu artırır.

Bundan başqa, Mübariz bəy, “Xəzər”ə həm də böyük qardaşı Mais bəy, üçün nüfuzlu iş yeri kimi baxır. Onun üçün fikirləşə biləcəyi daha yaxşı bir iş yəqin ki, yoxdu. Ona görə də, qardaşının klubu peşəkar səviyyədən uzaq idarə etməsinə göz yumur. Əgər, “Palmali”nin şefinə doğurdan da Lənkəran klubunun uğur əldə etməsi lazım olsaydı, o, burada yaşananlara çoxdan əl qoymuşdu. Lazımı kadrları “Xəzər”in idarəetmə strukturasına yerləşdirmişdi.

Odu ki, lənkəranlı fanatlar, sadəlöhv şəkildə “Palmali”nin bossunun başı açılanda, klubdakı özbaşnalığa son qoyacağını zənn edirlər.

Bəli, yazının əvvəlində də vurğuladığımız kimi onun futbol klubu ilə bağlı arzuları var. Amma bu arzunun adı “Xəzər Lənkəran” deyil. Mənsimov illərlə “Beşiktaş”ın rəhbəri olmaq eşqiylə yaşayır.

Əlbəttə, bunu özü üçün daha prestijli vəzifə sayır. Lap əvvəldə müsahibələrinin birində də bunu etiraf etmişdi. “Qara Qartalla” bağlı böyük planlarının olduğunu dilə gətirmişdi. Çempionlar Liqasında qələbədən, superulduzların “İsmət İnönü”yə gətirilməsindən və təkcə forma reklamı adıyla kluba 50 milyon avro ayıracağından danışmışdı.

Sonrakı illərdə, iş ortaqlığı və yaxın münasibətləri olan hazırkı başqan Yıldırım Dəmirörənlə münasibətləri korlamamaq üçün Türkiyə mətbuatında bununla bağlı tez-tez çıxan xəbərləri yalanlasa da, bildiyiniz kimi od olmayan yerdən tüstü çıxmır. Daxilindəki bu sevdanın aradan keçən müddətdə bitmədiyi də sirr deyil.

İndi də zaman-zaman “Beşiktaş”a hər hansı bir ulduzunun onun dəstəyi sayəsinə heyətə cəlb edildiyi bəlli olur. Fəaliyyətini dayandıran “BJK TV”-də “Palmali”dən ayrılan 1,5 milyon dollar sayəsində yenidən efirə çıxdı. Onun şirkətinin CEO-su Ələddin Aykaçın hazırda “Beşiktaş”ın İdarə Heyətində yer alması da, Mübariz bəyin pusquda durduğundan xəbər verir.

Daha bir önəmli fakt – Mənsimov “Beşiktaş”ın prezidenti olmaq üçün klubun əsasnaməsinə əsasən ən azı 5 il klubun konqress üzvü olmalı idi. 2007-ci ildə bunu həyata keçirən, azərbaycanlı oliqarxın gözlədiyi vaxt məhz bu il tamam olur...

Təsadüfi deyil ki, yaxınlarda Dəmirörənin Türkiyə Futbol Federasiyasına rəhbər keçəcəyi haqda xəbərlər yayıldı və onun əvəzinə “Beşiktaş”a başqan gələcək namizədlər sırasında dərhal Mənsimov soyadı yenidən peyda oldu.

Dəmirörən qalsa belə, bu il “Beşiktaş”da növbəti prezident seçkiləri keçirilməlidi. Mübariz bəyin nəhayət gizli arzusunu həyata keçirəcəyini gözləməyə dəyər. Çünki Dəmirörəndən “siyah-bəyazlı” camiədə narazıdırlar, onun 10 ildən çoxdu davam edən başqanlıq müddtinin bir azda uzanmasını həzm edəsi deyillər. Qarşısına Mənsimov kimi rəqib çıxsa, Dəmirörən dərhal ağ bayraq sallayacaq...

“Beşiktaş” başqanlığını hədəfləyən Mənsimov isə futbol az qala səcdə edilən Türkiyədə nüfuzunu bir qədər də artırmaq istəyir. “Qara Qartal” kimi populyar klub bunun üçün ən gözəl vasitədi.

Mübariz bəy, böyük balığı buraxıb, kiçik balığın arxasınca qaçmır. Təəssüf ki, o, “Xəzər”i öz çapına görə xırda hesab edir. Onu da yaxşı bilir ki, Lənkəran klubundansa, “Beşiktaş”la futbol səhnəsində böyük uğurlar qazandırmaq daha asandı. Lənkəranda baş verənləri ötəri, etinasız münasibəti də bundan irəli gəlir. Yerli azarkeşlər az qala onun başına and içsə də, Mübariz bəy, əslində doğma balası kimi baxmalı olan komandaya ögey münasibət bəsləyir. Fikri zikri “Beşiktaş”dadı.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.