Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla

- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
20.02.2012 / 0 şərh / 1884 -dəfə baxılıb

AFFA-nın strukturuna əl gəzdirmək lazımdı (Yazı)

Prezident seçkiləri ilə əlaqədar AFFA-dan əvvəl Türkmənistanda xüsusi rejim elan olunub. Türkmənlərin türkmənbaşını seçməsi nə bu dünyada, nə də o dünyada maraq doğurmayıb. Sanki nə türkmənlər var, nə də onun dövləti.

AFFA-dakı seçkilərə isə maraq böyükdü. Prezident seçkilərini nəzərdə tutmuram ha! Rövnəq Abdullayevin indiki postuna yenidən seçiləcəyinə şübhə ilə yanaşan yox səviyyəsindədi. Təkcə görülən işlər deyil, sponsorluq anlaşması da Rövnəq bəyin prezidentlik səlahiyyətini davam etdirməsini labüd edir. Təsəvvür edirsiz, sponsor SOCAR, prezident başqa insan… Ramiz Mirzəyev rəhmətliyin dövrü gözönümə gəldi. Şəxsən mən paralel siyasət yürüdülməsinin tərəfdarıyam. Sponsor SOCAR-dısa, prezident də SOCAR şefi olmalıdı. Yoxsa, Azərbaycan futbolu xaosa sürüklənər.

Namizədlərin sayı təkdi – Rövnəq Abdullayev. Amma narahat olmağa dəyməz. Demokratiya harda olsa üzə çıxacaq və ən azı İsgəndər Cavadov namizədliyini irəli sürəcək. Cavadov dahi şəxsiyyətdi axı! Yorulmaq bilmir. Uduzsa da, prezidentlik eşqindən əl çəkmir. Səbəbini bilmirəm. Bildiyim tək şey odu ki, Rusiyada prezidentliyə namizədliyini irəli sürən hər kəs sonda cibini doldurur. Çünki seçilən prezident onları boş yola salmır.

Prezident seçkilərinə, habelə İcraiyyə Komitəsinin yeni üzvlərini seçməyə hazırlaşsalar da, futbolsevərlər ya korluqdan, ya da karlıqdan əziyyət çəkmək məcburiyyətindədilər. Növbəti 4 il müddətində görüləcək işlərdən xəbərsiz olduqları üçün belə deyirəm. Axı proqramını, yəni ictimai platformasını cəmiyyətə açıqlayan yoxdu. İnsanlar ən yaxşı halda platforma ayaqqabı görürlər ki, bu da gələcəyə boylanmaq üçün yetərli deyil.

Bəli, şəxsən bəndəniz bəzi şeyləri bilmək istərdim. İstərdim bilim: Azərbaycan futbolu ən pis halda önümüzdəki 4 ildə nəyə nail olacaq? İstərdim bilim: Çempionatın səviyyəsi səviyyəsizlik baryerini aşa biləcəkmi? İstərdim bilim: Növbəti 4 ildə nə qədər futbolsevər hirsindən dünyasını dəyişəcək? İstərdim bilim: Rüşvətin, korrupsiyanın kökünün kəsilməsi üçün hansı addımlar atılacaq?

Bir sözlə, bilmək istədiklərin və sonuna şahidlik etməyi arzuladığım nəmənələr olduqca çoxdu. Maraqlıdı ki, məhz öyrənməkdə maraqlı olduğum əksikliklərdi Azərbaycan futbolunun səviyyəsinin artmasına imkan verməyənlər.

İcraiyyə Komitəsinin üzvlərinə gəlincə… Bu haqda danışmaq mənasızdı. Hər halda AFFA-nın baş katibinin, PFL prezidentinin və başqalarının səlahiyyəti İcraiyyə Komitəsində yer alanlarınkından çoxdusa, deməli, danışmalı olduğumuz mövzu fərqlidi. Öncə aydınlıq gətirməliyik ki, axı nə üçün İcraiyyə Komitəsində yer alan şəxslər söz sahibi deyil? Bu biabırçılığı yoluna qoymaq çoxmu çətindi?

Fikrimcə, prezident seçkilərindən əvvəl AFFA-nın strukturuna əl gəzdirmək lazımdı. Dünya standartları ilə kəllə-mayallaq gələn qayda-qanunlar dəyişdirilməlidi. Konkretləşdirmək lazımdı: AFFA şefinin vəzifəsi, İcraiyyə Komitəsinin üzvlərinin səlahiyyətləri, PFL-in Azərbaycan üçün lazım olub-olmaması, vitse-prezidentlərin iş-gücü və s.

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə

Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar

Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1

Açar sözlər

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.