Rəylər
- 20.02.2012 / 0 şərh / 2439 -dəfə baxılıb
- Dünən "Simurq" “Zaqatala şəhər stadionu”nda günlük məşqini edərək “Bakı” ilə oyuna hazırlıqlarını bitirdi. Baş məşqçi Sergey Yuranın və köməkçilərinin rəhbərliyi altında keçən məşqdə yüngül texniki və taktiki çalışmalar yerinə yetirildi.
Hazırlıqdan sonra klubun rəsmi saytına açıqlama verən komandanın kapitanı Rasim Ramaldanov rəqibin gücündən qorxmadıqlarını və meydana çıxıb qalib gələcəklərinə ümid etdiyini bildirdi: “Bakı” ilə oyuna çox ciddi hazırlaşmışıq. Həmişəki kimi bu qarşılaşmada da meydana ancaq qələbə üçün çıxacayıq. Rəqibimiz güclü komandadır. Baxmayaraq ki, ötən turda “Qarabağ”a 3:0 hesabı ilə məğlub olublar. Ola bilsin ki bu qış fasiləsindən sonra ilk oyunları idi. Ona görə alınmayıb. Həmçinin bizimlə oyunda rəqibin baş məşqçisi Aleksandr Starkova da axırıncı şans verə bilərlər. Bu baxımdan rəqibin meydanda bizimlə tam gücüylə mübarizə aparacağını bilirik. Buna qarşı da biz, layiqli cavab verib öz meydanımızda məğlub olmamalıyıq. Kapitan kimi komandaya inanıram. Fiziki cəhətdən heç kimə məğlub olan bir kollektiv deyilik. Yeni oyunçular qatılıb heyətimizə. Hələlik olar haqqında nəsə demək çətindir. Getdikcə komandaya uyğunlaşırlar. Bugünkü qarşılaşmada bir komanda olaraq çıxıb, mübarizəmizi aparıb, xalımızı qazanmağa çalışacağıq”.